Modern.az

Sürücülərin nəzərinə! - Bu prospektdə təmir var

Sürücülərin nəzərinə! - Bu prospektdə təmir var

Aktual

31 Yanvar 2025, 08:23

Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yolda təmir işləri aparıldığından yol ötürücüsünün üzərindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.

 

Modern.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

 

“Nizami rayonu, Babək prospektində (“Baku Medical Plaza”nın yaxınlığında) aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işləri aparılır. Bu səbəbdən yol ötürücüsünün üzərindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub”, – məlumatda qeyd olunub.

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır