Modern.az

İnsanları ziyarətgahlara aparacağı adı ilə aldadıb, pullarını aldı

İnsanları ziyarətgahlara aparacağı adı ilə aldadıb, pullarını aldı

Aktual

1 Fevral 2025, 12:44

“TikTok”da elan yerləşdirərək insanları müqəddəs ziyarətgahlara aparacağı adı ilə aldadıb onların pulunu dələduzluq yolu ilə ələ keçirən şəxs saxlanılıb.

Modern.az xəbər verir ki,  Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin həyata keçirilən tədbirlər nəticəsində əməli törədən 28 yaşlı Sadiq Dadaşzadə tutulub.

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs zərərçəkənləri İraqda yerləşən müqəddəs dini məkanlara göndərəcəyini vəd edib. S.Dadaşzadə bu yolla 13 nəfəri aldadıb.

Faktla bağlı araşdırmalar aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?