Modern.az

Ermənistan media ilə bağlı sərt qadağalara hazırlaşır

Ermənistan media ilə bağlı sərt qadağalara hazırlaşır

Aktual

Bu gün, 16:35

Ermənistan parlamentində “Audiovizual media haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Modern.az xəbər verir ki, layihəni yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyan təqdim edib.

Sənədə əsasən, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırış edən, müharibəni təbliğ edən, eləcə də Ermənistanın daxili siyasi həyatına müdaxilə xarakterli məlumatlar ehtiva edən audiovizual proqramların yayımı qadağan ediləcək.

Nazirin sözlərinə görə, layihə Ədliyyə Nazirliyi və Televiziya və Radio üzrə Komissiya ilə əməkdaşlıq çərçivəsində yenidən işlənib. Dəyişikliklərə əsasən, müvafiq dövlət qurumuna bu kimi hallarda standartlar müəyyən etmək səlahiyyəti veriləcək.

Layihədə həmçinin qadağa tətbiq ediləcək halların dəqiqləşdirilməsi, rabitə operatorlarının fəaliyyətinin dayandırılması və ya lisenziyalarının ləğvi üçün əsasların konkret göstərilməsi nəzərdə tutulur. Bundan əlavə, qanunu pozan operatorlar üçün cərimələrin tətbiqi də təklif edilir.

Qeyd olunur ki, dəyişikliklər ölkənin informasiya təhlükəsizliyinin gücləndirilməsinə və xarici təsirlərin qarşısının alınmasına yönəlib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Netanyahu həddini aşdı: Ərdoğana ağır sözlər dedi