Modern.az

Dünyada analoqu yoxdur - Məzahir Pənahovdan AÇIQLAMA

Dünyada analoqu yoxdur - Məzahir Pənahovdan AÇIQLAMA

Aktual

Bu gün, 16:36

“Mərkəzi Seçki Komissiyasının bütün işləri dünya təcrübəsinə uyğun yerinə yetirilir. Bizə işlərimizi yaxşı görmək üçün hər bir şərait yaradılıb”.

Modern.az xəbər verir ki, bunu Mərkəz Seçki Komissiyasının yeni tərkibinin ilk iclasında sədr seçilən Məzahir Pənahov deyib. 

M. Pənahovun sözlərinə görə, Azərbaycanda keçirilən seçkilər şəffaflıq baxımından dünyada analoqu olmayan tətbiq ortaya qoyur. 

“Seçkiləri saytımıza daxil olaraq veb kameralarla birbaşa, heç kimdən icazə almadan izləmək mümkündür. Dünyada bunun analoqu yoxdur. Azərbaycan ictimaiyyətinin yekunda seçkilərdən razı qalmasının əsas şərti də budur” - o sonda vurğulayıb.

 

***

16:26

“Milli Məclisdə haqqımızda deyilən xoş sözlər də sədr seçilməyimdə xüsusi rol oynayır”. 

Modern.az xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri seçilən Məzahir Pənahov MSK-nın yeni tərkiblə ilk iclası zamanı deyib. 

Məzahir Pənahov etimad üçün hər kəsə təşəkkür edib. 

“Qarşımıza qoyulan tələblər hər zaman yerinə yetirilib. Bundan sonra məsuliyyətimiz daha da artacaq” - deyə o qeyd edib. 

Qeyd edək ki, seçkilər zamanı Məzahir Pənahov yekdilliklə yeni sədr seçildi. O daha 5 il MSK-nın sədri vəzifəsini icra edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin SSRİ üçün ƏMR VERDİ - Bakını gözləyən təhlükə