Mayın 4-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində fəaliyyət göstərən İnşaat Kollecinin təşkilatçılığı ilə Xətai Sənət Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş "Memarlıqda əbədiləşən lider” adlı sərgi keçirilib.
Modern.az xəbər verir ki, tədbirdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Xəzər Universiteti, SABAH Mərkəzi, eləcə də müxtəlif təhsil müəssisələrinin rəhbərləri, bir sıra təşkilat və müəssisələrin nümayəndələri iştirak ediblər.
Sərgidə tələbələrin memarlıq və incəsənət sahəsində hazırladıqları əl işləri nümayiş olunub. Tədbirin keçirilməsində əsas məqsəd ümummilli liderin ideyalarının incəsənətdə təcəssümünə töhfə vermək, tələbələrin yaradıcılıq potensialını üzə çıxarmaq və onların estetik zövqünün formalaşdırılmasına dəstək göstərmək olub.