Modern.az

Samuxda Heydər Əliyevlə bağlı elmi-praktiki konfrans - FOTOLAR

Samuxda Heydər Əliyevlə bağlı elmi-praktiki konfrans - FOTOLAR

Aktual

Bu gün, 14:06

Samuxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirilib.

Modern.az xəbər verir ki, Samux Rayon İcra Hakimiyyətinin və YAP Samux rayon təşkilatının birgə  təşkilatçılığı ilə müasir Azərbaycanın qurucusu və memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Samux rayonunda elmi-praktiki konfrans keçirilib.

Samux rayon Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, icra hakimiyyəti başçısı aparatının məsul şəxsləri və hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, təhsil işçiləri, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək Ulu Öndərə hörmət və ehtiramlarını bildiriblər.

Tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və  Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirilib.

Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev çıxışında bildirib ki, bugünkü müstəqil, qüdrətli və güclü Azərbaycan məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. O vurğulayıb ki, ölkənin inkişafının möhkəm təməlini Heydər Əliyev qoyub və bu siyasi kurs bu gün də cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Firdovsi Əliyev qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin ideyalarının davamı olan və cənab Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə qazanılan Zəfər sayəsində ərazi bütövlüyümüzün bərpası müasir Azərbaycan tarixinin ən mühüm nailiyyətidir.

Daha sonra YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov çıxış edərək bildirib ki, Heydər Əliyevin zəngin dövlətçilik irsi və xalqına bağlılığı hər zaman Azərbaycan gəncliyi üçün örnəkdir. O qeyd edib ki, Ulu Öndərin əsasını qoyduğu inkişaf strategiyası ölkəmizin tərəqqisində mühüm rol oynayır və bu siyasi məktəb bu gün də uğurla davam etdirilir.

Tədbirdə çıxış edən Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Telli Nəsibova bildirib ki, Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsi, dövlətçilik ənənələrinin formalaşdırılması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasət və milli-mənəvi dəyərlərimizin qorunmasına göstərdiyi diqqət hər zaman xalqımız üçün örnək olub. O qeyd edib ki, Ulu Öndərin müəyyən etdiyi inkişaf yolu bu gün də Azərbaycanın tərəqqisinə xidmət edir və gələcək nəsillər üçün mühüm ideoloji məktəbdir.

Tədbirdə iştirak edən digər natiqlər də  Heydər Əliyevin dövlətçilik fəaliyyətindən və xalq qarşısındakı misilsiz xidmətlərindən danışıblar.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə məktəblilər arasında keçirilən inşa və rəsm müsabiqələrinin qalibləri sertifikat və hədiyyələrlə mükafatlandırılıblar. Eyni zamanda, əmək fəaliyyətində fərqlənən rayon sakinlərinə Fəxri Fərmanlar, Yeni Azərbaycan Partiyasına yeni qəbul olunmuş bir qrup gəncə isə üzvlük vəsiqələri təqdim edilib.

Sonda Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin Samux rayon Sərkar kənd Uşaq Musiqi Məktəbinin hazırladığı bədii proqram təqdim olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV