Modern.az

Əsəd dövrünün qərargah rəisi Suriyada saxlanıldı 

Əsəd dövrünün qərargah rəisi Suriyada saxlanıldı 

Aktual

12 May 2026, 16:15

Suriyada Bəşər Əsəd hakimiyyəti dövründə Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi olmuş Cəiz Həmud əl-Musanın saxlanıldığı bildirilib.

Modern.az xəbər verir ki, bu barədə Suriya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, əməliyyat Terrorla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilib.

Nazirlikdən bildirilib ki, Cəiz Həmud əl-Musa keçmiş prezident Bəşər Əsəd hökuməti dövründə ölkənin Hərbi Hava Qüvvələrinin qərargah rəisi vəzifəsində çalışıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!