Modern.az

Hansı ölkə NATO-ya nə qədər pul ayırır? - Trampdan əsəbi açıqlama

Hansı ölkə NATO-ya nə qədər pul ayırır? - Trampdan əsəbi açıqlama

Aktual

Bu gün, 16:36

ABŞ Prezidenti Donald Tramp ölkəsinin NATO-nun maliyyələşdirilməsinə digər üzv dövlətlərdən daha çox vəsait ayırdığını bildirib.

Modern.az xəbər verir ki, Tramp bununla bağlı paylaşımında ABŞ-ın alyansın təhlükəsizliyinə ən böyük maliyyə töhfəsini verdiyini, lakin bunun müqabilində heç bir fayda əldə etmədiyini iddia edib.

Onun sözlərinə görə, 2014-2025-ci illər ərzində ABŞ NATO-ya 999 milyard dollar xərcləyib. Bu göstərici Böyük Britaniyada 90,5 milyard dollar, Fransada 66,5 milyard dollar, İtaliyada 48,8 milyard dollar, Polşada isə 44,3 milyard dollar təşkil edib.

Tramp bildirib ki, digər ölkələr, o cümlədən Almaniya NATO-ya bundan qat-qat az vəsait ayırır.

"Bu, sadəcə gülüncdür", – deyə ABŞ Prezidenti vurğulayıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada