Modern.az

Media rəhbəri: KİV-lər şüurun dekolonizasiyasında əsas rol oynayır

Media rəhbəri: KİV-lər şüurun dekolonizasiyasında əsas rol oynayır

Media

Bu gün, 09:46

Kütləvi informasiya vasitələri təkcə məlumat ötürmür, həm də şüurun və informasiya məkanının dekolonizasiyasında həlledici rol oynayır.

Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən "Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər" adlı beynəlxalq konfransda "Voice of Congo" media qurumunun icraçı baş direktoru Sedrik Aundu Monziya deyib.

O bildirib ki, dekolonizasiya yalnız ərazilərin işğaldan azad edilməsi deyil, eyni zamanda şüurun və informasiya məkanının dekolonizasiyası deməkdir.

Monziyanın sözlərinə görə, bu gün KİV-lər ya mövcud stereotipləri gücləndirə, ya da hadisələrə daha ədalətli baxışın formalaşmasına töhfə verə bilər. O qeyd edib ki, rəqəmsal dövrdə jurnalistlər artıq yeganə informasiya mənbəyi deyil və informasiya məkanında rəqəmsal məzmun yaradıcıları da mühüm rol oynayırlar.

O vurğulayıb ki, tarixən media müstəmləkəçilik siyasətinin təbliğində istifadə olunub və əksər hallarda müstəmləkəçi dövlətlərin mövqeyini əks etdirən məlumatlar yayıb. Hazırda isə medianın əsas vəzifəsi marginallaşdırılmış xalqlar və onların mədəniyyəti haqqında həqiqətləri ictimaiyyətə çatdırmaqdır.

Sedrik Aundu Monziya bildirib ki, rəqəmsal platformalar xəbərlərin yayılma formasını köklü şəkildə dəyişib. Onun sözlərinə görə, insanlar bu gün məlumatı təkcə ənənəvi mediadan deyil, həm də Instagram, TikTok, X və YouTube kimi sosial platformalardan əldə edirlər.

O hesab edir ki, dekolonizasiya prosesində peşəkar jurnalistikanın etibarlılığı ilə influenserlərin geniş auditoriyaya təsir imkanları birləşdirilməlidir. Monziyanın fikrincə, jurnalistlər faktları araşdırır və yoxlayır, influenserlər isə xüsusilə gənc auditoriya ilə daha effektiv ünsiyyət qurur və bu əməkdaşlıq güclü nəticələr verir.

Sizə yeni x var
Keçid et
Azərbaycanlıların idarə etdiyi gəmi VURULDU - 7 nəfər insan... - Xəbəriniz Var?