Modern.az

"İndex.az"ın 7 yaşı tamam olur

"İndex.az"ın 7 yaşı tamam olur

Media

1 İyul 2026, 09:50

Bu gün İndex.az xəbər portalının fəaliyyətə başlamasının 7 ili tamam olur.

Modern.az xəbər verir ki, 2019-cu il iyulun 1-də yaradılan xəbər saytı ötən yeddi il ərzində Azərbaycanda, regionda və dünyada baş verən hadisələri operativ şəkildə işıqlandıraraq oxuculara çatdırıb.

Portal xəbər materialları ilə yanaşı, reportaj, araşdırma, müsahibə, analitik məqalə və köşə yazıları da təqdim edir.

Həmkarlarımızı fəaliyyətlərinin 7 illiyi münasibətilə təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar və yeni nailiyyətlər arzulayırıq.

Sizə yeni x var
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi