Modern.az

Oxu.az 13 yaşını tamamladı

Oxu.az 13 yaşını tamamladı

Media

1 İyul 2026, 09:19

Oxu.az xəbər saytı 13 yaşını qeyd edir. Modern.az-ın məlumatına görə, sayt 2013-cü il iyulun 1-də fəaliyyətə başlayıb.

Oxu.az ölkənin ən böyük media ailəsinin - "Global Media Group" media holdinqinin tərkibində fəaliyyət göstərir.

Fasiləsiz işləyən saytda onlarla işçi çalışır. Sayt hər gün yüzlərlə xəbəri Azərbaycan və rus dillərində təqdim edir.

Oxu.az hazırda Azərbaycanda ən çox oxunan informasiya resurslarından biridir.

Modern.az həmkarları təbrik edir!

Whatsapp
Bizə yazın!
Keçid et
“İsmayıl məqamı” filminin təqdimatı keçirilib