“İki sahil” qəzetinin ilk sayının işıq üzü görməsindən 35 il ötür.
Modern.az xəbər verir ki “İki sahil” Azərbaycan üçün ən çətin dövrlərdə həyata vəsiqə alıb.1991-ci ilin iyulunda, hələ Azərbaycan dövlət müstəqilliyini bərpa etmədiyi və sərt senzuranın hökm sürdüyü bir dönəmdə fəaliyyətə başlayan qəzet bütün maneələri dəf edərək bugünlərə çatıb.
“İki sahil” qəzeti hər zaman Heydər Əliyev ideyalarının təbliğatçısı olub.
91 nəfər ziyalının Ümummilli lider Heydər Əliyevə “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciəti məhz “İki sahil” qəzetində dərc edilib.
“İki sahil” SOCAR-ın təsisçiliyi ilə fəaliyyət göstərir.
Hazırda qəzetlə bərabər, “ikisahil.az” internet portalı və “İki sahil TV” internet televiziyası da fəaliyyət göstərir.
Həmkarları təbrik edirik.