Modern.az

Deputat sədrə görə komitəsini dəyişdi

Deputat sədrə görə komitəsini dəyişdi

Aktual

Bu gün, 12:36

Deputat sədrə görə komitəsini dəyişib.

Modern.az "Joğovurd"a istinadən xəbər verir ki, Ermənistan parlamentində hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Andranik Koçaryan müdafiə və təhlükəsizlik məsələləri üzrə komitədən çıxıb.

O, komitə sədrinin dəyişdirilməsindən sonra bu qərarı verib. Məlumata görə, deputat yeni sədr Vilen Qabrielyanın rəhbərliyi altında işləmək niyyətində olmadığını bildirib. Onların əvvəllər də gərgin münasibətlərinin olduğu qeyd edilir.

Koçaryan komitəni tərk etdikdən sonra dövlət-hüquq məsələləri üzrə komitəyə keçib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sabiq deputatla bloqer arasında dava - Canlıda ittihamlara cavab