Modern.az

Hakan Fidanın bugünkü səfərinin rəmzi mənası var - Nazir

Hakan Fidanın bugünkü səfərinin rəmzi mənası var - Nazir

Aktual

Bu gün, 14:31

Bu gün əziz qardaşımın Azərbaycana baş tutan səfəri, o cümlədən iki ölkə, iki xalq arasında olan münasibətlərin və qardaşlıq tarixinin başqa əlamətdar bir günü ilə üst-üstə düşür.
Modern.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında çıxışı zamanı deyib.

“108 il öncə eyni gündə Azərbaycan korpusunun iştirakı ilə Qafqaz İslam Ordusunun Bakını azad etməsi günü idi. Və Hakan bəyin də Azərbaycana səfərinin həmin bu günə təsadüf etməsinin xüsusi gözəl bir rəmzi mənası var. Biz böyük minnətdarlıq hissi ilə bütün qəhrəmanların xatirəsini yad edirik”.

Ceyhun Bayramov Şuşa Bəyannaməsinə də toxunub.

"Şuşa Bəyannaməsində əks olunmuş, bir ölkənin, xalqın və millətin inkişafı, tərəqqisi üçün elə bir sahə yoxdur ki, bəyannamə onu xüsusi olaraq qeyd etməsin və iki ölkənin işbirliyi kontekstində ona diqqət yetirməsin. Biz, misal üçün, yalnız sonuncu - 2025-ci il və 2026-cı ilin ilk 8 ayına nəzər salsaq, dördü Azərbaycan Prezidentinin Türkiyəyə, dördü isə Türkiyə Prezidentinin Azərbaycana olmaqla, ümumilikdə artıq 8 səfərin baş tutduğunu görərik. Bu da öz-özlüyündə həmin təmasların və münasibətlərin ali səviyyədə olmasının bariz nümunəsidir.”

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya məktəblərində müharibə hazırlığı başladı: Silahlar paylanıldı