Modern.az

Azərbaycan nümayəndə heyətinin Ermənistana səfəri ilin sonunda olacaq 

Azərbaycan nümayəndə heyətinin Ermənistana səfəri ilin sonunda olacaq 

Aktual

Bu gün, 12:42

Azərbaycan və Ermənistan nümayəndələrinin “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində növbəti planlaşdırlan görüşü bir müddət əvvəl təxirə salınıb. Növbəti görüşün nə zaman keçiriləcəyi eləcə də görüşün harada baş tutacağı maraq doğurur.

Modern.az-a açıqlamasında  “Sülh Körpüsü” təşəbbüsünün koordinatoru Fərhad Məmmədov bildirib ki, növbəti görüşün vaxtı və gündəliyi ilə bağlı hələlik konkretlik yoxdur.

O bildirib ki, "Sülh Körpüsü" çərçivəsində görüşlər keçirilməli idi. Lakin Ermənistanda Qarabağ diplomatlarının səfəri ilə bağlı verilən bəyanatlar vəziyyəti o həddə çatdırdı ki, növbəti səfəri təxirə salmaq qərarına gəldik.

"Bu, prosesin dayanması anlamına gəlmir. Növbə yenə Azərbaycan nümayəndə heyətinin Ermənistana getməsidir. Lakin səfərin tarixi və gündəliyi barədə hələlik müəyyənlik yoxdur. Bu ilin sonu və ya gələn ilin əvvəlində belə bir səfərin baş tutmasını istisna etmək olmaz” - deyə F. Məmmədov qeyd edib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya üçün ağır itki - Şok ölüm xəbəri yayıldı