Modern.az

Günümüzün reallığı

Günümüzün reallığı

Aktual

20 Noyabr 2015, 12:46

Bəzən çox iş görüb az danışırıq. Bəzən isə əksinə edirik.

Bu gün heç bir iş görməyib, dillərini qəfəsə qoymayanların sayı artmaqdadır.

Sensasiya axtaranlar, sensasiya arxasınca qaçanlar bəzən özlərini də itirirlər. Və tapa bilmirlər...

Özündən müştəbeh olanlar isə ayrı aləmdirlər. Yazı yazmağı bacarmaqla özlərinin tanınmış sima hesab edirlər. Günah bəlkə də elə özümüzdədir ki, belə “tanınmışlar”a eninə boyuna yer verir, hansısa maddi məsələyə görə göz yumuruq, nəticədə “tanınmış”da “cızığından” çıxır...

Həyat mürəkkəb olduğundan bu gün hər bir gözlənilməz məqamın baş verə biləcəyini ehtimal etmək olar. Yəni dost bildiklərinin səni satmasını, ürək qızdırıb dərdləşdiyin insanların səni məsxərəyə qoymasını, yanında danışdığın sözün dərhal kontekstdən çıxararaq sahibinə çatdırmasını tam səmimi qəbul etmək lazımdır.

Bu günün reallığı məhz budur. Hələ üstəlik əlini çörəyə çatdırasan, sonda bu yaxşılığın qarşılığında sənə asi düşməsini isə yüz faiz təbii qarşılamaq lazımdır. Nə etmək olar ki....

Heç nə. Zatsız, köksüz, kölgəsiz insanlara meydan veriləndə yəqin ki, ancaq elə bu məqamları da göz önünə gətirmək lazım idi.

Amma həyat həqiqətən gözəldir. Ona layiq yaşamağı isə hər kəs bacarmır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı