Modern.az

Ən yaşlı deputatlığa namizədin arvadı VƏFAT ETDİ

Ən yaşlı deputatlığa namizədin arvadı VƏFAT ETDİ

Allah rəhmət eləsi̇n

15 Avqust 2024, 10:53

Sentyabrın 1-də keçiriləcək parlament seçkilərində deputatlığa ən yaşlı namizədi Oqtay Zeynəlovun həyat yoldaşı vəfat edib.

 

Bunu Modern.az-a açıqlamasında Müsavat Partiyasının 38 saylı Gəncə Birinci seçki dairəsindən namizədi Oqtay Zeynalov özü bildirib.

 

"Yoldaşım dünyasını dəyişib. Ölümünə səbəb şəkər xəstəliyi olub. 5-ci gün yeddi mərasimi olacaq. Sankt-Peterburqdan bir nəvəm gəlib, qızım və oğlum Özbəkistandan gəlib. Baş qarışıb, mənsəb itib. Neçə gündür təbliğat işi tamam yaddan çıxıb. Həyat yoldaşım vəfat etməmişdən təxminən 1 həftə əvvəl imzaları toplayıb verə bildik.  Yoldaşımın vəfatı həmin dövrə təsadüf etsəydi, nəsə edə bilməyəcəkdim",- o deyib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?