13 Oktyabr 2016, 10:56 | Ana Səhifə - Yazılar - Xan qızının oğlu Mir Cabbar ağanın yurdu
Xan qızının oğlu Mir Cabbar ağanın yurdu

Vüqar Tofiqli

Doğma Qarabağımızın sayılan  simalarından olan Xurşud banu Natəvanın Seyid Hüseyndən olan övladı Mir Cabbar ağa haqqında bir sıra yazılarımda onun həyatının  bəzi məqamlarına toxunmuşam. Budəfəki yazımda isə Mir Cabbar ağanın Ağdam rayonunun İmamqulubəyli  kəndindəki yurdu haqqında söhbət açılacaq.


****

İmamqulubəyli kəndi hələ keçmiş sovet dönəmində Quzanlı kənd sovetliyinə aid edilmişdi. Kolxoz olaraq əvvəl “Papanin” adlandırılsa da, ötən əsrin ortalarında kolxozların böyüdülməsindən sonra “26 Bakı komissarı”  kolxozuna birləşdirlmişdi.

Yaşlı sakinlər indi də bəzi hallarda kəndi Çar Rusiyası dövründə olduğu kimi “Ağalıq”, bəzən isə kommunist rejimi dövründə olduğu kimi “Papanin” adlandırırlar.

***

Əlavə edim ki, Quzanlı kəndinin 300 illik bəlli tarixi var. Və bu kəndin Çar Rusiyası dövründə rəiyyət kəndi olduğundan sakinləri də azad kəndli kimi sərbəst şəklidə təsərrüfatla məşğul olublar.

Ağdamın aran ərzisində  bişmiş (qırmızı) kərpicdən tikilən evlərin sayı Xındırıstan kəndindən sonra ən çox məhz Quzanlıda olub.  İmperiya dövründə kəndin ətrafında olan bəy evlərini çıxsaq,  3 iki mərtəbəli və  12 birmərtəbəli evin inşa edilməsi kəndin inkişaf səviyyəsinin əsas göstəricisi hesab edilə bilər.

Həm də bir məqam da etiraf edilməlidir ki, kommunist rejimi dövründə kənd inkişaf etmiş və müəyyən  infrastruktur yaradılmışdı.

Mətləbə keçməzdən əvvəl deməliyəm ki, sovet dövründə  Şəmsəddin Quliyevin 50-ci illərdə, Sahib Əliyevin 80- ci illərdə “26 Bakı komissarı”  kolxozuna sədrliyi kəndin inkişafının qızıl  dövrü  hesab edilir.

****

Beləlkilə, Quzanlı Kənd Sovetliyinə daxil olan İmamqulubəyli kəndinin formalaşması və inkişafı  ötən əsrin  70-80-ci illərinə təsadüf edir. Yaşayış məntəqəsi olaraq isə İmamqulubəyli kəndi X.B.Natəvanın oğlu Mir Cabbar ağanın mülkü hesab edilirdi. Xan qızı özü də hərdən oğluna baş çəkmək üçün kəndə gələr və ətrafda olan qohumlarını oğlununu evinə, dəvət edərmiş. Kəndin ətrafında “Saqqız” ağacından ibarət sıx  meşənin olması, yaxınlığından daimi olaraq Xaçın çayın axması və Soltanbud təpəsi onun strateji əhəmiyyətini artırırdı. 

Mir Cabbar ağa isə dövrünün sayılan bəylərindən olub. Onun da yaxın qohumu olan  Həmidə xanım Cavanşir öz xatirələrində Mir Cabbar ağanın adını çəkməklə işləmək üçün yanına rusdilli gürcü xanımı  göndərdiyini də yazırdı.

Mir Cabbar ağanın Soltanbud təpəsinin kəndə tərəf olan hissəsində ikimərtəbəli mülkü olub.

Mülk barəsində bir qədər sonra...

Mir Cabbar ağa haqqında müəyyən məlumatları əldə etmək məqsədiylə İmamqulubəyli  kəndinin  yaşlı sakinlərindən biri olan, kənddə “Lətif oğlu Xasay” adıyla çağrılan Xasay Lətif oğlu Allahverdiyevlə görüşdüm. Müsahibim 1928-ci ildə Laçın rayonunun “Musurmanlar” adlanan kəndində anadan olub. II Dünya Müharibəsi dövrü, təxminən  1942-ci ildə ailəlikcə  İmamqulubəyli kəndinə pənah gətiriblər.

Həmsöhbətim deyir ki, kənd əsasən indiki Ağcabədi rayonunun İmamqulubəyli kəndindən olanlardan, Mir Cabbar ağanın ətrafında çalışan kəndlilərdən, habelə Laçın rayonunun müxtəlif kəndlərindən, o cümlədən Şəlvə, Daşlı və digər yaşayış məntəqəsindən gələnlərdən formalaşıb. Laçın rayonundan gələnlərin bir qismi hələ 20-ci illərdən əvvəl, bir qismi isə müharibə illərində məskunlaşmışdı.     

Xasay kişi söyləyir ki, Mir Cabbar ağanın Soltanbud təpəsinin ətəyində ikimərtəbəli mülkü olub. Mülkün ikimərtəbəli və ən müsair Avropa stilində olmasını bir çox adamlar da təsdiqləyir. Mülkün ətrafında Mir Cabbar ağanın zəngin bağı olub. Bağın ətrafında sıx ağaclar əkilmişdi. Bu ağaclardan əsasən ev tikintisində tir kimi istifadə edilirdi. 

Bağın yeri və mülkün həyəti  təsadüfdən Lətif kişinin ailə üzvləri, oğlu Xasay və Azay kişinin, o cümlədən  bacıları  Tamaşa və Nübar xanımgilin həyətlərinə düşüb.

“Biz bu ərazilərdə məskunlaşanda artıq mülkün birinci mərtəbəsi sökülmüşdü. O illərdə demək olar ki, kənddə ev tikən adamların əksəriyyəti məhz Mir Cabbar ağanın mülkünün materialından istifadə edib.  Sonuncu kərpiclərdən biz də istifadə etmişik. Deyirdilər ki, Mir Cabbar ağa lay-lay olan kərpiclərin onuna bir qızıl onluq verib.

Maraqlıdır ki,  bizim həyətə düşən hissədə Mir Cabbar ağanın öz əliylə əkdiyi “Güleyşə” narının çubuğunu kənddə paylamadığım adam qalmayıb. Həqiqətən  “Güleyşə” nar dənələri və rəngi çox qeyri-adidir.

Kəndimizin üst tərəfində  “Ağalığın çalması” deyilən ərazidən düz üzü Quzanlı kəndinədək “Saqqız” ağaclarından ibarət sıx meşəlik idi.

Mir Cabbar ağanın ən sədaqətli adamı onun darğası olmuş Əbdüləzim kişi idi.

Bir gün kolxoz quruluşu  dövrü Mir Cabbar ağanın böyük oğlu Əbülfət ağa gecəykən Əbdüləzim kişigilə gəlir və bir torba qızılı gizlətməyi ondan  xahiş edir.

Əbdüləzim kişi Əbbülfət ağanı götürüb meşənin iç tərəflərinə doğru gedir. Ağac “kooşu” tapıb torbanı oradaca   gizlədir. Əbülfət ağa şərt kəsir ki,  ara sakitləşəndən sonra gəldimsə, qızılları götürəcəyəm, gəlməsəm qızıllar sənin halalındır.

Elə olur ki, bir müddətdən sonra Əbülfət ağa sağ-salamat gəlib çıxır. Və birlikdə Əbdüləzim kişinin ailə üzvlərinin iştirakıyla həmin ağacı tapıb qızılı götürürlər. Əbülfət ağa nə qədər istəsə də Əbdüləzim kişi ondan heç nə almır. Bununla da özünün sədaqətinin sonadək nümayiş etdirir”.


Lətif oğlu Xasay kişiylə söhbətim xeyli şəkdi. Qardaşı oğlu Azərin iştirakıyla keçən söhbətdə bir şox məqamlara toxunduq.  Əbülfət ağanın taleyi barədə məlumatsız olduğunu dedi...

Yurd yeri hər birimiz üçün əzizdir, doğmadır.  Yəqin ki, Əbülfət ağa üçün də bu yurd yeri doğma olduğundan onun hətta 50-ci illərin ortalarındək Soltanbuda  gəldiyi deyilir.

Hazırda bu nəslin nümayəndələrinin  harada olması haqqında hər hansı məlumat əldə edə biməsək də, yaxın gələcəkdə buna nail olcağıma əminəm.

Odur ki, bu istiqmətdə araşdırmamızı davam etdirəcəyik.

MÜƏLLİFİN DİGƏR YAZILARI
Gömrük Akademiyasında təlimlər keçirlər 18 May 2021, 11:55 Horadiz-Ağbənd dəmir yolunda infrastrukur işlərinə başlanılıb 18 May 2021, 11:50 Kəpəz dağ silsiləsində Nizami Gəncəvi zirvəsi təsis olunub - VİDEO 18 May 2021, 11:45 Azərbaycanda universitetlərlə bağlı SORĞU keçirilir 18 May 2021, 11:41 Bakıda Formula 1 ilə bağlı tikinti işləri yekunlaşır 18 May 2021, 11:38 Qasparyan Koçaryanın tərəfinə keçdi 18 May 2021, 11:35 Kişinyovda Heydər Əliyevə həsr edilmiş tədbir keçirilib 18 May 2021, 11:29 Ləki-Qəbələ dəmir yolunun turizm üçün əhəmiyyəti nələrdi… 18 May 2021, 11:25 “Sputnik” agentliyi Azərbaycanla bağlı növbəti YALAN YAYDI - FOTOFAKT 18 May 2021, 11:24 İtkin düşən tələbə TAPILDI 18 May 2021, 11:18 Azərbaycanda 5 ulduzlu otellərə tələbat daha çoxdur 18 May 2021, 11:13 Azərbaycanlı jurnalist Ərəb mediasında ermənilərin məscidlərimizi təhqir etməsindən YAZDI 18 May 2021, 11:10 Belarusun müdafiə naziri Bakıya gəldi 18 May 2021, 11:06 Bakı-Qəbələ qatarı istifadəyə tam hazırdı 18 May 2021, 11:00 İşğaldan azad olunan ərazilərdə turizm marşrutları hazırlanır 18 May 2021, 10:54 Sonuncu buraxılış imtahanlarının nəticələri bu tarixdə AÇIQLANACAQ 18 May 2021, 10:48 Xırdalanda vaqon yanır 18 May 2021, 10:43 Azərbaycan ordusu bölgədə sülhün və təhlükəsizliyin qarantıdır 18 May 2021, 10:40 Stress pozuntularının aradan qaldırılması xaricdəki azərbaycanlı mütəxəssislərlə müzakirə edilib 18 May 2021, 10:35 “Mətbuat Dmanisidəki insidentlə bağlı informasiyalara diqqət etməlidir” - "Lider Media”nın rəhbəri 18 May 2021, 10:30 Bakıdan Qəbələyə ilk qatar yola düşdü 18 May 2021, 10:24 Qırğızıstan lideri Putinlə görüş üçün izolyasiya olundu 18 May 2021, 10:18 Bu gün “Avroviziya -2021”də Azərbaycan ifaçısı da ÇIXIŞ EDƏCƏK  18 May 2021, 10:12 Daha Laçının işğal gününü QEYD ETMİRİK - 28 illik həsrətə SON! 18 May 2021, 10:06 PUA-lar kəşfiyyat əməliyyatlarına cəlb olundu - VİDEO 18 May 2021, 10:00 Heydər Əliyev Fondu Goranboyda məktəb tikdirir 18 May 2021, 09:57 İlham Əliyev Co Baydenin müşaviri ilə sərhəd mübahisəsindən danışdı - Rəsmi MƏLUMAT 18 May 2021, 09:53 Saatlı sakini tüfəngini polisə təhvil verdi 18 May 2021, 09:48 Bakıda dizayneri tok vurub öldürdü 18 May 2021, 09:42 Səxavət Məmmədovun qardaşı vəfat etdi 18 May 2021, 09:36 Neft yenidən bahalaşdı 18 May 2021, 09:30 Manatın xarici valyutalara qarşı MƏZƏNNƏSİ 18 May 2021, 09:24 Bakıda və Xaçmazda mağaza YANDI 18 May 2021, 09:18 Türkiyədə terrorçular məhv EDİLDİ 18 May 2021, 09:12 “Eurovision-2021”Azərbaycanın səsverməsini onlar elan edəcək 18 May 2021, 09:06