Modern.az

Bakı-Tbilisi-Qars dəmir yolu xətti ən yaxşı halda 2012-ci ildə işə düşəcək

Bakı-Tbilisi-Qars dəmir yolu xətti ən yaxşı halda 2012-ci ildə işə düşəcək

8 Sentyabr 2009, 19:05

Bakı-Tiflis-Qars dəmir yolu xətti əvvəlcədən nəzərdə tutulduğu kimi gələn il yox, ən yaxşı halda 2012-ci ildə işə düşəcək. Modern.az xəbər verir ki, Gürcüstan tərəfi dəmir yolunun inşasında bəzi problemlərin olduğunu və buna görə tikintinin planlaşdırılandan 1 il gec başa çatacağını bəyan edib.
Layihənin podratçısı “Marabda-kartsaxi dəmir yolları” şirkətindən verilən məlumata görə, dəmir yolunun keçdiyi ərazidə əlavə geoloji tədqiqatların aparılmasına, eyni zamanda Türkiyə ilə Gürcüstanı birləşdirən tunelin istiqamətinin dəyişdirilməsinə ehtiyac var. Şirkət dəniz səviyyəsindən 2100 metr yüksəklikdə yerləşən Axalkalakidə soyuqlarla əlaqədar qış aylarında işlərin dayandırılacağını da bəyan edib. Layihənin inşasında gecikmənin olduğunu Türkiyə tərəfi də etiraf edib. Gürcüstanda 26 km-lik yeni yolun 1-ci hissəsinin inşasını həyat keçirən Azərbaycanın “Azərinşaatservis” şirkətinin rəsmiləri deyir ki, gecikmə onlardan asılı deyil. Ekspertlərsə hesab edir ki, bu gecikmə layihənin dəyərinin artmasına səbəb olacaq.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır