Modern.az

Qanunsuz miqrasiya ilə məşğul olan azərbaycanlı ər-arvad həbs olundu

Qanunsuz miqrasiya ilə məşğul olan azərbaycanlı ər-arvad həbs olundu

Hadisə

Bu gün, 18:31

Rusiyanın Volqoqrad şəhərində 127 əcnəbinin ölkədə qanunsuz qalmasına şərait yaradan azərbaycanlıların cinayət işi üzrə istintaq başa çatıb.

Modern.az xəbər verir ki, istintaq məlumatlarına görə, sözüedən cinayətlə məşğul olan qrup Azərbaycan əsilli 61 yaşlı bir şəxs tərəfindən yaradılıb. Qrupun üzvləri sırasına onun 56 yaşlı həyat yoldaşı və 30 yaşlı qardaşı oğlu daxil olub. Onların hər ikisi bir neçə il əvvəl Rusiya vətəndaşlığı alıb.

İttihama görə, onlar 2021-ci ilin apreli ilə 2025-ci ilin iyunu arasında miqrantları qeydiyyata alaraq, saxta əmək müqavilələri tərtib ediblər. Bu isə əcnəbilərə Rusiyada qalma müddətini 90 günlük həddən artıq uzatmağa və iş icazəsi almağa imkan verib. Hər bir şəxs üçün xidmət haqqı 3 000 ilə 6 000 rubl arasında dəyişib və bu fəaliyyət nəticəsində qrup üzvləri təxminən 900 000 rubl gəlir əldə ediblər.

Qanunsuz fəaliyyət 2025-ci ilin iyununda dayandırılıb.

Həmin şəxslər həbs olunub, lakin özlərini təqsirli bilmirlər. İş Volqoqradın Traktorozavodski Rayon Məhkəməsinə göndərilib.

 

İlyas Turan

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə Bakıya qarşı təxribat - Nə baş verir?