Sosial şəbəkələrdə itin binanın pəncərəsindən atılması ilə bağlı görüntülər yayılıb.
Modern.az-ın xəbərinə görə, hadisə paytaxtın Qaradağ rayonu ərazisində baş verib.
Əldə etdiyimiz xəbərə əsasən, heyvanla rəhmsiz rəftar etdiyinə görə, polis əməkdaşlarının saxladığı Ağakişiyev soyadlı şəxs 25 sutka inzibati qaydada həbs olunub.