4 Noyabr 2017, 11:24 | Ana Səhifə - Yazılar - Siqaret, qəlyan çəkən futbolçular qovulsun!
Siqaret, qəlyan çəkən futbolçular qovulsun!

Fazil Mustafa

"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanovun milli futbol komandamıza baş məşqçi təyin olunması həqiqətən yerində verilmiş ən realist qərardır. Təbii ki, istənilən baş məşqçinin həmişə "edam kötüyü" gözünün önündə olur, özünün səhvindən və ya federasiyanın maneələrindən və yaxud futbolçuların məqsədyönlü xəyanətindən hər zaman bu "edam kötüyü"nə gətirilə bilər. Ancaq milli komanda "Qarabağ" kimi həm də bir Azərbaycan davasıdır. Bu davada Vətənə səmimi olmaq, Allah rizası üçün öz imkan və qabiliyyətini ortaya qoymaq kifayətdir. Kimsə sənə qəhrəman deyəcək, kimsə bir-iki məğlubiyyətə görə söyəcək, "İstefa!" çığıracaq, bunlar gözlənilən davranışlardır, bir o qədər də fərqinə varmaq lazım deyil.


Milli komandamızın əksər rəqiblərlə müqayisədə potensialı da aşağıdır, milli çempionatımız çox zəifdir, alt yapı deyilən futbol sistemimiz də ürəkaçan durumda deyil. Əslində ərazisi işğal altında olan, qonşular tərəfindən hər an gözümçıxdıya salınan Azərbaycan dövləti də dünya ailəsi içində eyni parametrlərlə boy göstərir. Bununla belə, necə ki, dövlət olaraq dünyada ağır, məşəqqətli şəkildə öz mövqeyimizi gücləndirməyə, kiçik səviyyələrdə də olsa söz sahibi olmağa can atırıqsa, futbolda da bundan fərqli bir durum olmayacaq önümüzdə. Addım-addım irəliləmək zorundayıq. Ən əsası da "Qarabağ" kimi, məğlub olanda belə xarakter nümayiş etdirən, oyun sistemi pozulmayan bir milli komanda qurulacağına şəxsən mənim şübhəm yoxdur. Ona görə də Qurban Qurbanovun "Qarabağ"dakı sistemini milli komandaya köçürə biləcəyinə qətiyyən şübhəm yoxdur.


Fikrimcə, ilk iş milli komandanın alt yaş qruplarından başlamalı, alt yaş qruplarındakı bütün milliləşdirilmiş legionerlər öz ölkələrinə göndərilməlidirlər. İmkan verilməlidir ki, orada-burada itib batmış və ya itirilib batırılmış Azərbaycan övladları öz ölkəsini təmsil etməyə başlasınlar. Yüksək keyfiyyətli legioner varsa, o zaman bir söz söyləmərəm, ancaq bizim xalqa yabançı olan, sıradan bir futbolçu kimi qəbul olunan şəxslərin xitmətindən imtina edilməlidir. Özümüzünkülər, uduza-uduza təcrübə toplayıb bir gün mütləq çarxı geriyə çevirib uğur qazana biləcəklər.


Digər bir məsələ isə, ədəbli və mədəniyyətli futbolçu hazırlamaqla bağlıdır. Baxın, son iki oyunda "Qarabağ"ın hər dəfə bir futbolçusuna şübhəli qırmızı kart göstərdilər. Futbolçular mübahisə etmədən, əsəb şousu göstərmədən mədəni şəkildə meydanı tərk etdilər. Bu ilk növbədə məşqçinin uğuru idi ki, təvazökarlıqdan, mədəni səviyyədən uzaq olan futbolçuya qətiyyən yaşıl işıq yandırmır. Baxırsan ki, bir gənc bir-iki qol vuran kimi, bir-iki dəfə milliyə çağrılan kimi, özünü Kuarejma kimi aparmağa başlayır. Komandanın sistemi ilk növbədə bir-iki xuliqana görə pozulur. Eyniylə cəmiyyətdə olduğu kimi.


Üçüncüsü isə siqaret çəkən, qəlyan çəkən, davamlı alkaqol düşkünü olan məsuliyyətsiz futbolçuların komandadan uzaqlaşdırılması vacibdir. Fikrimcə, bu üç problemin çözülməsi daha stabil komanda formalaşdırmağa imkan yaradacaq. 


Hər halda, AFFA-nın bu addımını mövcud şəraitdə uğurlu sayıram və həm Milli "Qarabağ"ı, həm də Milli komandanı Azərbaycan vətəndaşı olaraq səbrlə dəstəkləməyə davam edəcəyəm...

MÜƏLLİFİN DİGƏR YAZILARI
Bu qidalar ürək-damar xəstəliyi riskini azaldır - ARAŞDIRMA 5 Dekabr 2020, 01:11 “Bu, ölümcül bir səhv idi” - Köçəryan müharibədən danışdı 5 Dekabr 2020, 01:00 Xocalıda itkin düşən üç nəfərin taleyi ilə bağlı videoreportaj 5 Dekabr 2020, 00:48 Ərdoğan peyvənd olunacaq? 5 Dekabr 2020, 00:33 Həftəsonu ictimai nəqliyyat işləməyəcək 5 Dekabr 2020, 00:18 Dostunu qucaqlaması ilə hər kəsi duyğulandıran qazimiz: “Sağ olduğunu eşidəndə...” – VİDEO 5 Dekabr 2020, 00:09 Bakıda iki maşın toqquşdu 4 Dekabr 2020, 23:56 Putin Çubaysa vəzifə verdi 4 Dekabr 2020, 23:42 “Türkiyənin NATO üzvü olması münasibətlərimiz üçün əngəl deyil” - Lavrov 4 Dekabr 2020, 23:28 İmişlidə ağır qəza - 7 nəfər yaralandı 4 Dekabr 2020, 23:14 Samuxda evdə partlayış - xəsarət alan var 4 Dekabr 2020, 23:01 Bakıda bu yerlər Azərbaycan bayrağı ilə işıqlandırıldı - FOTO 4 Dekabr 2020, 22:50 Serbiya Azərbaycana olan borcunu qaytaracaq 4 Dekabr 2020, 22:44 Putin Təhlükəsizlik Şurasını topladı 4 Dekabr 2020, 22:33 FİFA-dan dünya çempionatı ilə bağlı qərar 4 Dekabr 2020, 22:22 Koronavirusdan sağalan deputat: “Onunla qətiyyən zarafat etmək olmaz” 4 Dekabr 2020, 22:09 Kəlbəcərdə alban-udilərlə erməni keşişlər arasında mübahisə düşdü- VİDEO 4 Dekabr 2020, 21:58 Vətən müharibəsi şəhidlərinin xatirəsi Daşkənddə də anıldı - FOTO 4 Dekabr 2020, 21:45 Bu stadiona Maradonanın adı verildi 4 Dekabr 2020, 21:31 “Putin deyib ki, Qarabağın müstəqilliyi tanınmayıb” - Peskov 4 Dekabr 2020, 21:20 Universitet müəllimi koronavirusdan vəfat etdi 4 Dekabr 2020, 21:07 Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlandı 4 Dekabr 2020, 21:00 2021-ci ildə dünyanı fəlakət gözləyir - BMT 4 Dekabr 2020, 20:50 Daha bir prezident özünü təcrid etdi 4 Dekabr 2020, 20:37 Naxçıvanda toy edənlər həbs olundu 4 Dekabr 2020, 20:22 Fransa Senatının təşəbbüsü Avropa ölkələrində dəstəklənmir - Cavanşir Feyziyev 4 Dekabr 2020, 20:14 Buxara Yəhudiləri Konqresinin prezidenti İlham Əliyevi təbrik etdi 4 Dekabr 2020, 20:04 Alimlər COVID-19-a qarşı effektiv maddə aşkarladı 4 Dekabr 2020, 19:33 İranda daha 347 nəfər koronavirusdan öldü 4 Dekabr 2020, 19:24 Əvvəl şəhid olduğu deyildi, sonra sağ olduğu üzə çıxdı - VİDEO 4 Dekabr 2020, 19:15 Qusarda ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır 4 Dekabr 2020, 19:06 “Azərbaycan Könüllülərinin III Həmrəylik Forumu”na start verildi - FOTO 4 Dekabr 2020, 18:47 Bakıda ofisdən oğurluq olub 4 Dekabr 2020, 18:38 Ceyhun Bayramov bolqar həmkarı ilə telefonla danışdı 4 Dekabr 2020, 18:29 İranın Azərbaycandakı səfiri Naxçıvana səfər etdi 4 Dekabr 2020, 18:20
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?