12 Noyabr 2017, 20:18 | Ana Səhifə - Yazılar - Deputat maaşına etiraz edənlər . . .
Deputat maaşına etiraz edənlər . . .

Namidə BİNGÖL

 

Milyarder təbəqə ki, pulun azlığından  şikayət etdi, deməyə söz də qalmır. Deyəsən, pul elə bir qüvvədir ki, onu əlinə alan hər kəs ondan razı qalmayacağına dair tövbə edib.

 

Həftənin hesabatını təqdim edirəm.

 

Odla su arasında qalan Mişa

 

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili ha çalışır ki, qəhrəmanlıq dastanı yazsın, alınmır ki, alınmır. İndi də onun tərəfdarlarını Ukraynadan deportasiya etmək istəyirlər. Deportasiya olunmağa məcbur edilənlər arasında Ukrayna azərbaycanlıları diasporunun sədri Hikmət Cavadov da var. Belə görünür ki, sərgərdan həyat sürməyə adət edən Mişa, nə özünə gün ağlaya bilir, nə də ətrafındakılara. Bir pencəklə Kiyev küçələrini dolaşan Saakaşvili üçün hələ ki, ümid qapısı görünmür. Bizim Hikmət Cavadov da Mişanın odunda yanmasa yaxşıdır.

 

 

Telman İsmayılov əfsanəsi bitir?!

 

Yanğınla üz-üzə qalan daha bir azərbaycanlı var. Belə ki, azərbaycanlı iş adamı Telman İsmayılov barəsində Moskvanın Basman rayon məhkəməsi tərəfindən  həbs qərarı çıxarılıb. İddialara görə, o, iki və daha çox qətlin təşkilində, həmçinin, qeyri-qanuni silah dövriyyəsində ittiham edilir. Üstəlik, beynəlxalq axtarışa verilib. Burda demək lap yerinə düşür: “Qulaq gündə bir söz eşitməsə kar olar”.

Milyarder Telman İsmayılov hara, həbsxana hara!  Biz Telman İsmayılovu daha pozitiv xəbərlərin əhatəsində görürdük. İndi isə... Artıq pul təkcə cibə yox, elə cana da ağırlıq edir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Deputat maaşına etiraz edənlər

 

Həftənin, etirazları gözə alan xəbəri isə  Milli Məlisdən gəldi. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov büdcə müzakirələri zamanı deputatların maaş azlığından şikayətlənib.

 

Milli Məclisdə maaşla bağlı “şikayət məktubu”nu Siyavuş Novruzovun oxuması da bir qədər çaşqınlıq yaratdı. Niyə iqtisadi, sosial məsələlərə nəzarət edən deputat yox, məhz Siyavuş Novruzov?!

Əvvəla, Siyavuş Novruzov Mill Məclisin o tip deputatlarındandır ki, medianın istənilən sualına açıqdır. Bu vaxta qədər heç bir sual Siyavuş Novruzovu qorxutmayıb. Elə buna görədir ki, bütün etirazlara “hazıram” deyib, böyük bir kollektivin adından şikayət xarakterli təklifi də o, irəli sürdü.

 

Siyavuş Novruzov deputat maaşının az olmasını vurğulayarkən cəmiyyətin necə və hansı tonda reaksiya verəcəyini də çox yaxşı anlayırdı. Anlayırdı ki, “hörmətli müəllim” və “hippokrat andı içmiş həkim” aylıq maaş hesabına “qaz vurub, qazan doldurmur”. Məlum səbəblərə görə, bu sahənin adamları illərdir ki, “ələbaxımlılıq sindromu”na yoluxub.

 

“Bu gün hamı deputatın nə ilə dolandığını yaxşı hesablayır. Amma bilməliyik ki, bütün yük onların üzərinə düşür. Odur ki, deputatların da maaşı qaldırılmalıdır”. Bu, Siyavuş Novruzovun dilə gətirdikləridir.

 

Nə məsələdirsə, komitə sədrinin maaş mövzusunu gündəmə gətirməsi sanki hamımızı “fil qulağı”ndan ayıltdı. Qəfil cibimizə əl atıb gördük ki, “siçanlar oynayır”. Ay-haray, bu deputat nə danışır?!.. Əmək haqqı az olan biz, maaşlarının  qaldırılmasından danışan deputat. Axı niyə?!

 

  

  

 

 

 

 

 

 

 

 

 

 

 

Niyəsi odur ki, hər kəsin normal qaydada aylıq məvacibinin azlığı barədə fikir söyləmək haqqı var. Yoxsa ki, başqasının da sahib olduğu haqqı az qaldıq ki, daş-qalaq edək.

Və bu ölkədə müxtəlif sahələrdə çalışan insanların aylıq məvacibi heç də el-aləmə sirr deyil.

 

Məsələn, insan həyatının formalaşmasına, inkişafına, sağlamlığına cavabdeh olan müəllimin də, həkimin də maaşı həmişə az olub. Zaman elə dövr elədi ki, təhsil sahəsində repetitorluq dəbə mindi. Bir növ müəllimlər üçün əlavə qazanc yeri açıldı. Səhiyyə sahəsində çalışan həkimlərin isə bineyi-qədimdən pullu xəstəsi mütləq olub. Ona görə də əlavə qazanc əldə edən bəzi kəsimlər maaş azlığı ilə bağlı şikayət moizəsi oxumağa macal tapmayıb. Macal tapanların da səsinə səs verənlər olmayıb. İndi Siyavuş Novruzovun maaş söhbəti hər kəsə sillə kimi toxundu.

 

Bu arada, mətbuat səhifələrində məsələyə artistlərin də etiraz etməsinə Novruzovun maraqlı bir cavabı yer almışdı. Deputat deyir ki, dünyanın hansısa ölkəsində artist dövlət büdcəsindən maaş almır və onlar yalnız öz hesablarına müxtəlif yatırımlar edirlər. Doğru...Amma dünyanın artistləri gözünü ucuz toy mərasimlərinə dikmir. Dünyanın artistləri konsert salonlarında gecələyir. Bizdə isə sənətkar olmağın meyarları fərqlidir. Bizdə sənətkar olmaq üçün istedad yox, para gərəkdir. Ol para ki, yoxdursa, nəinki xeyriyyə xarakterli məktəblər, uşaq bağçaları tikiləcək, hətta, aləmə sənətkar belə bəxş edilməyəcək. Ona görə də deputatın çox maaş alması ideyasının ortaya atılması cəmiyyətin müxtəlif təbəqələrində qıcıq yaratmaya bilməzdi və yaratdı da.

 

Diqqət çəkən bir məsələ də vardı. Büdcə müzairələri zamanı təkcə deputatın maaşının azlığı müzakirəyə çıxarılmadı. Həm diplomatların, həm də həkimlərin maaş məsələsi gündəmə gəldi. “Diplomatik fəaliyyət haqqında” qanuna dəyişikliklə bağlı məsələni deputat Səməd Seyidov, həkimlərin maaşlarının çox aşağı olmasını isə deputat Elmira Axundova dilə gətirdi. Amma hədəf olaraq deputatların maaşlarının artırılması təklifi seçildi. Kim necə bacardısa, o formada da deputatları “qara siyahı”ya saldı.

 

Görəsən, parlamentdə təmsil olunan hörmətli deputatlar insanların nəzər-nöqtəsinə necə həkk olub ki, onların maaşlarının artırılması məsələsi bir çox təbəqələrdə etirazla qarşılandı?!  Halbuki, xalqın səs verib seçdiyi insanlar həmin deputatlardır. Elə xalqın problemləri də parlament zalında deputatlar tərəfindən aidiyyatı qurumlara çatdırılır. O zaman bu etirazların kökündə nə dayanır?!

 

Belə bir məsəl var. “Uman yerdən küsərlər”. Bəlkə də insanlar umduqları yerdən küsdükləri üçün etiraz səslərini də daha rahat şəkildə qaldırdılar. Bəlkə də, problemlərinin həlli üçün döydükləri qapı onların etirazını daha yaxşı anlayır. Nə yazıb-yazmağımızdan asılı olmayaraq, bəlkə də, maaş məsələsində etiraz edən hər iki tərəf haqlıdır. Fərqi yoxdur, harda oturublar. Təki etiraz etməyi bacarsınlar.

Vətən müharibəsində iştirak etmiş həkimlər Milli Məclisdə 4 Dekabr 2021, 00:00 Mişa ona qurulan məhkəməni “milli biabırçılq” adlandırdı - Hər larinin hesabatını verməyə hazıram 3 Dekabr 2021, 23:50 QHT Agentliyi qrant müsabiqəsi elan etdi 3 Dekabr 2021, 23:44 Pakistandan yeni PUA təqdimatı   3 Dekabr 2021, 23:36 ABŞ-da abort qadağan edilə bilər 3 Dekabr 2021, 23:14 Daha bir ölkədə "Omicron" aşkarlandı 3 Dekabr 2021, 22:56 İki begemot koronavirusa yoluxdu 3 Dekabr 2021, 22:37 Aİ-dən Ukraynaya daha 1,4 milyon avro yardım 3 Dekabr 2021, 22:14 İraqdan “Bayraktar TB2” üçün 100 milyon dollar 3 Dekabr 2021, 22:01 Gürcüstanda azərbaycanlıların kəndində silahlı insident 3 Dekabr 2021, 21:51 BƏƏ Fransadan qırıcı və helikopter alır 3 Dekabr 2021, 21:28 “Qaraheybət” şəhidlərinin ailələrinə bu ödənişlər veriləcək 3 Dekabr 2021, 21:16 Yasamalda binada yanğın - Ölən var 3 Dekabr 2021, 20:52 Azərbaycanda vaksinə xərclənən vəsait 500 MİLYONA ÇATIR 3 Dekabr 2021, 20:37 Heydər Əliyev Fondu ilə UNICEF arasında  memorandum 3 Dekabr 2021, 20:32 Ərdoğan və Putin Soçi görüşünü müzakirə etdi - YENİLƏNİB 3 Dekabr 2021, 20:21 Göyçayın baş həkimi işdən ÇIXARILDI 3 Dekabr 2021, 20:09 Nazirliyin təklifilə bağlı qərar 3 Dekabr 2021, 19:59 Türkiyə ordusu şəhid VERDİ 3 Dekabr 2021, 19:31 Merkel bu tarixdə siyasətdən GEDİR 3 Dekabr 2021, 19:17 "Omicron" aşkarlanan ölkələrin SAYI 3 Dekabr 2021, 19:09 Bakıda 18 yaşlı qızı intihara məcbur edən şəxs HƏBS EDİLDİ 3 Dekabr 2021, 19:00 Türkiyə və Azərbaycan pilotları təlimdə - VİDEO 3 Dekabr 2021, 18:52 Son sutkanın vaksin STATİSTİKASI   3 Dekabr 2021, 18:45 Yoluxma sayı açıqlandı: 24 ölüm baş verdi 3 Dekabr 2021, 18:38 Vilayət Eyvazov əməkdaşlarına TƏLƏB QOYDU 3 Dekabr 2021, 18:30 Xəzərdə cəsəd qalıqları tapıldı 3 Dekabr 2021, 18:22 125 yaşlı Sona nənə dünyasını DƏYİŞDİ 3 Dekabr 2021, 18:15 Məşhur Xalq artisti vəfat etdi 3 Dekabr 2021, 18:08 BMU-dan əlil sahibkarlara dəstək 3 Dekabr 2021, 18:00 Oxçuçayla bağlı tədqiqat qrupu yaradılır 3 Dekabr 2021, 17:55 "Omicron" Braziliyada da AŞKARLANDI 3 Dekabr 2021, 17:50 Qazaxıstan Atom Elektrik Stansiyası tikəcək - Nazarbayev 3 Dekabr 2021, 17:45 Azərbaycanlı şərqşünasın Mehriban Əliyeva haqqında məqaləsi ərəb KİV-lərində gündəm olub 3 Dekabr 2021, 17:40 Nazir ATƏT-in baş katibi ilə üçtərəfli bəyanatları müzakirə etdi 3 Dekabr 2021, 17:34
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?