Modern.az

Ukraynanın MiQ-29-u vuruldu, pilot həlak olub

Ukraynanın MiQ-29-u vuruldu, pilot həlak olub

Dünya

Bu gün, 20:19

Ukrayna Hərbi Hava Qüvvələri MiQ-29 qırıcısının döyüş tapşırığı zamanı vurulduğunu və pilotun həlak olduğunu açıqlayıb.

Modern.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Ukrayna Hərbi Hava Qüvvələrinin açıqlamasına istinadən məlumat yayıb.

Bildirilib ki, oktyabrın 1-də 40-cı taktiki aviasiya briqadasının kapitanı, bölük komandiri Marat Mambetov döyüş tapşırığını yerinə yetirərkən həlak olub.

Məlumata görə, onun idarə etdiyi MiQ-29 qırıcısı raketlə vurulub. Pilot katapult etsə də, həyatını xilas etmək mümkün olmayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən Bakıyla bağlı GÖZLƏNİLMƏZ QƏRAR: 3 ay ərzində...