“Mən Kosovanın Avropadakı gələcəyinə qəti şəkildə inanıram".
Modern.az xəbər verir ki, bu sözləri Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen deyib.
"Kosovo sakinlərinin özlərini nə qədər dərindən avropalı hiss etdiklərini bilirəm. Bunun üzərində möhkəm təməl qurmalıyıq".
Lyayen bildirib ki, əsas bu istəyi Avropa İttifaqına üzvlük yolunda konkret irəliləyişə çevirməkdir.
"Məsələn, Kanada ilə Kosovo arasındakı fərq bundan ibarətdir: müqavilələrimizə əsasən, Avropa İttifaqına üzvlük üçün müraciəti Avropa ölkəsi edə bilər. Kanada coğrafi baxımdan Avropanın bir hissəsi deyil, buna görə də Avropa İttifaqına üzvlük üçün müraciət edə bilməz".