Modern.az

Sumqayıtlı şagird beynəlxalq şeir müsabiqəsində qızıl medal qazanıb

Sumqayıtlı şagird beynəlxalq şeir müsabiqəsində qızıl medal qazanıb

Mədəni̇yyət

16 Sentyabr 2009, 10:33

Türkiyədə keçirilən “Uluslararası Türkcə Olimpiyatları”-na qatılan Sumqayıt şəhər 37 saylı orta məktəb şagirdi Vüsalə Eminli şeir müsabiqəsində qızıl medala layiq görülüb. Müsabiqədə dünyanın 115 ölkəsindən olan 700 şagird iştirak edib. İlk olaraq Ankarada keçirilən türk dünyasına aid testlərdən uğurla keçən V.Eminli növbəti mərhələdə Asiya qitəsindən gəlmiş şagirdlər arasında keçirilən şeir müsabiqəsində iştirak edib. O, bu müsabiqədə qızıl medala layiq görülüb. Növbəti mərhələ Bursa şəhərində təşkil edilib. Bu mərhələdə də uğurla çıxış edən həmyerlimiz ikinci qızıl medalını qazanıb.
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir