Modern.az

Mağazalardan 1217 litr “Aysu” suları yığışdırılıb

Mağazalardan 1217 litr “Aysu”   suları yığışdırılıb

16 Sentyabr 2009, 13:47

“Aysu Qida Sənaye LTD” MMC-də “Aysu” əmtəə nişanlı su və sərinləşdirici içkilərin istehsalı zamanı aşkar edilmiş pozuntularla əlaqədar bu malların istehsalının və satışının dayandırılması, həmçinin ticarət şəbəkəsində satışdan çıxarılması barədə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidməti tərəfindən göstərişin icrası davam etdirilir.
Modern.az
xəbər verir ki, “Aysu” əmtəə nişanlı su və sərinləşdirici içkilərin ticarət şəbəkəsindən çıxarılması ilə əlaqədar İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən aparılan tədbirlər nəticəsində 6 ticarət obyektində 1217 litr həcmində müxtəlif adda “Aysu” əmtəə nişanlı su və sərinləşdirici içkilər aşkar edilib.   

“Aysu” əmtəə nişanlı 789 litr suyun satışının dayandırılması, 428 litr sərinləşdirici içkilərin isə satışdan çıxarılaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada istehsalçı müəssisəyə qaytarılması barədə İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən bu ticarət obyektlərinə göstəriş verilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.
 

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi