29 İyun 2018, 14:27 | Ana Səhifə - Yazılar - Həyəcan bitdi, amma…
Həyəcan bitdi, amma…

Hidayət Elvüsal

Unudulmadı. Böyük bir coşqu ilə başlayıb davam edən bu kompaniya, yəni Türkiyədə Prezident seçkisi bəzi məqamları bir daha üzə çıxardı. Kim neçə göründü?

Rəcəb Tayyub Ərdoğan bu dəfə də dövlətin bütün vəsait və gücündən sonuna qədər yararlandı və qalib gəldi. Saysız-hesabsız polis və təhlükəsizlik əməkdaşları, avtomobillər, təyyarə və digər vasitələr onun ixtiyarında idi.

Digər məqamlar da nəzərdən yayınmadı. Ərdoğanda sanki yaddaş pozuntusu yaranmışdı. Dünən söylədiyini bu gün unudurdu. Hətta guya Türkiyənin təkpartiyalı dönəmində doğulub, təhsil alıb. Halbuki təkpartiyalılıq onun dünyaya gəlməsindən 6-7 il əvvəl sona çatmışdı.

Ənənəvi siyasi gedişləri də vardı. Yenə mövzuya dindən, namazdan daxil olurdu. Baş örtüsü ön plana çəkilmişdi. Saatlarla bu barədə danışır, mitinqləri idarə edirdi. İllər boyu birlikdə olduğu Gülən camaatını götürüb başqalarının “aktivinə yazmaq” cəhdi də diqqətdən yayınmırdı.

CHP-nin Məhərrəm İncə mitinqlərdə coşqu yarada bildi. Xeyli tərəfdaş qazandı. Az qala 50 ildən bəri 30 faizə qədər səs toplaya bilməyən CHP-nin bu həftə çatdırmağı bacardı. Amma bu rəqəm Ərdoğanın topladığı 52 faizdən əlbəttə çox az idi.

İncə bir neçə bağışlanmaz səhvə də yol verdi. Məsələn, bir yığıncaqda onu tənqid edən Ərdoğanı alqışlayan generalın ünvanına dini sözlər reytinqinə zərbə vurdu. “O, generalın paqonlarını çəkəcəyəm” - deməsi həm seçiciləri, həm də əsgərləri qəzəbləndirdi.

Daha sonra İncə TRT-ni hədələdi: “Onun rəhbərinin qulağından tutub atacağam” - dedi. Belə ifadələr bir siyasət adamına, siyasət dilinə yaraşmadı və mənfi təsirini göstərdi. Bu və başqa hallarda daha həlim, siyasi nəzakətlə fikir söyləmək daha məqsədəuyğun olardı.

Meral Akşeneri, yəni İyi Partiyanı türk mediası görməzdən gəldi. Yüksək intellektli, siyasi hazırlıqlı, dövlətdə idarəetmə təcrübəsinə malik olan qadını bütün gücləri ilə gizlətməyə çalışdılar. Hiss olunurdu ki, ondan qorxurlar. Bu qadınla deyil, Ərdoğanı məhz İncə ilə önə çıxarırdılar. Meral xanım məqsədi və mövqeyi bilinməyən MHP-nin hazırki lideri Dövlət Baxçalı tərəfindən çoxdan hədəfə alınmışdı. Baxçalının özü də qadına qarşı mübarizə aparırdı. Bütün bunlara baxmayaraq, Meral Akşener daha parlaq, daha qətiyyətli, daha ciddi, daha münasib görünürdü.

Təməl Karamollaoğlu Səadət Partiyasını təmsil edirdi. Mədəniyyəti, inancı, təmizliyi, kübarlığı ilə fərqləndi. O, bir vaxtlar Ərdoğanla eyni partiyanın Rəfah-ın tərkibində idi. Ərbəkandan sonra Səadəti qurdu. Seçki zamanı haqsız hücumlara məruz qaldı. Partiyasındakı adamlarının bəzilərini hədə-qorxu ilə istefa etdirdilər. Amma bu insan yaddaşlarda xoş izlər buraxa bildi.

HDP-nin Səlahəddin Dəmirtaş təbliğatını həbsxanadan apardı. Terrorla arasına ciddi bir sədd qoymayan bu partiya və onun namizədi əlbəttə yüksək nəticə əldə edə bilmədi.

Doğu Perinçək də səs toplaya bilmədi. Beynəlxalq İnsan Haqları Mərkəzində erməni yalanlarını ifşa edib, qalib gələn Perincək. Onun  rəhbərlik etdiyi “Vətən” partiyası heç dövlət dəstəyi də ala bilmədi. Bir sözlə, bu partiyanı saya salmadılar. Halbuki əsgərlər, elm adamları bu partiyada birləşiblər.

İndi Türkiyənin seçilmiş prezidenti Ərdoğanın qarşısında çox çətin bir vəzifə durur - ölkəni ən əvvəl iqtisadi böhrandan xilas etmək. Digər siyasi böhranlar isə uzun müddət davam edəcək.

Hər şeyi ən yaxın bir-iki ildə görəcəyik.

MÜƏLLİFİN DİGƏR YAZILARI
Paşinyanı duelə çağırdılar 4 Dekabr 2020, 11:55 Fransa Senatının təşəbbüsü Avropa ölkələrində dəstəklənmir 4 Dekabr 2020, 11:51 Prezident və Birinci xanım Şəhidlər Xiyabanında... - VİDEO 4 Dekabr 2020, 11:47 Maska, yoxsa yaşmaq? 4 Dekabr 2020, 11:42 Deputat Tural Gəncəliyev də virusa yoluxdu 4 Dekabr 2020, 11:37 Evdən çıxan 17 koronavirus xəstəsinə cinayət işi açıldı  4 Dekabr 2020, 11:33 Şəhid Vüsal Məhərrəmov: Vətən uğrunda ölümü ilə əbədiləşən qəhrəman 4 Dekabr 2020, 11:32 485 arzuolunmaz fransız... 4 Dekabr 2020, 11:28 Şuşa uğrunda şəhid olan kapitan - FOTO 4 Dekabr 2020, 11:22 Mağazalardan oğurluq edən şəxs saxlanıldı - FOTO 4 Dekabr 2020, 11:16 İlham Əliyev: “Qarabağ münaqişəsi hərbi-siyasi yollarla həll edilib” 4 Dekabr 2020, 11:10 Gürcüstanda koronavirusa sutkalıq yoluxma sayı 5 mini ötdü 4 Dekabr 2020, 11:04 Ermənistanda yaşayanların sayı AZALIB 4 Dekabr 2020, 10:58 “Fransa hökuməti Qarabağın müstəqilliyini tanımır” - Səfir 4 Dekabr 2020, 10:52 Prezident şəhidlərimizlə bağlı paylaşım etdi 4 Dekabr 2020, 10:46 Bakıda COVİD 19-a ən çox yoluxan rayonlar - SİYAHI 4 Dekabr 2020, 10:40 Ermənistan itkilərinin bir hissəsini AÇIQLADI 4 Dekabr 2020, 10:34 Mahir Qabiloğlunun ad günündə “İTBAŞI” romanının 3-cü hissəsi çap olundu 4 Dekabr 2020, 10:28 İlham Əliyev: “Dünya pandemiyanın növbəti dalğası ilə üzləşib” 4 Dekabr 2020, 10:22 Koronavirusa yoluxma üzrə lider rayonlar - SİYAHI 4 Dekabr 2020, 10:16 “Təcavüzkar dövlət sülhə məcbur edildi” - İlham Əliyevin BMT Baş Assambleyasındakı ÇIXIŞI 4 Dekabr 2020, 10:10 Deputatdan növbəti onlayn qəbul  4 Dekabr 2020, 10:04 Fransa səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq - RƏSMİ 4 Dekabr 2020, 09:58 Hərbi icmalçı Ordumuzun itkilərini ŞƏRH ETDİ: “Əsas çətinlik cəbhə xətti yarılarkən olub”   4 Dekabr 2020, 09:52 Bakıda koronavirus xəstəsinə cinayət işi açıldı 4 Dekabr 2020, 09:46 TƏBİB-in şöbə müdiri Sərhəd Qoşunlarının Hospitalına rəis təyin olundu - FOTO 4 Dekabr 2020, 09:40 Vyetnamda çətin duruma düşmüş azərbaycanlılar təxliyyə edilib 4 Dekabr 2020, 09:34 “Qarabağ” reytinqində gerilədi   4 Dekabr 2020, 09:28 Bərdədə koronaviruslu xəstəyə cinayət işi açıldı 4 Dekabr 2020, 09:22 Cavanşir Quliyevin “Əsgərə məktub”u 4 Dekabr 2020, 09:16 Neftin qiyməti 50 dollara yaxınlaşır 4 Dekabr 2020, 09:10 Türkiyə səfirliyindən şəhidlərlə bağlı PAYLAŞIM 4 Dekabr 2020, 09:05 Daha bir deputat mandatından imtina edir - Paşinyana görə 4 Dekabr 2020, 08:59 Trampı inaqurasiyamda gözləyirəm - Bayden 4 Dekabr 2020, 08:53 İnsanlar koronavirusa ən çox burda yoluxur - ALİMLƏR 4 Dekabr 2020, 08:45
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?