12İyun | Ana Səhifə - Yazılar - Heydər Əliyev özündən sonrakı siyasətçilərə mükəmməl konsepsiya qoyub getdi
Heydər Əliyev özündən sonrakı siyasətçilərə mükəmməl konsepsiya qoyub getdi

Elman Babayev
Əməkdar jurnalist


Azərbaycanın klassik və çağdaş dövlətçiliyi tarixən iki imperiya -qədim Bizans və Rusiya imperiyası ilə mücadilədə uzun bir yol gəlib. Hər bir tarixi dövrdə Azərbaycanın qarşısında öz dövlətini yaratmaq, yaradılan dövləti yaşatmaq, ölkənin müstəqilliyini qorumaq kimi şərəfli bir missiya dayanıb və bu missiyanı ayrı-ayrı zamanlarda konkret tarixi şəxsiyyətlər həyata keçirib. Ən qədim dövlətlər - Manna, Atropatena, Albaniya, sonrakı ardıcıllıqda Ağqoyunlu dövləti, 9-cu əsrdən Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər, daha sonra Eldəgizlərin yaratdığı dövlətçilik ənənələri Səfəvilər, Əfşarlar, Qacarlar sülalələrinin idarəçiliyi ilə yeni bir mərhələyə qədəm qoymuş, Rusiya ilə gedən uzunmüddətli müharibələrdə itirilən müstəqil dövlətçilik 20-ci əsrdə yenidən bərpa olunmuşdu.

 

Bu mərhələ 1918-ci ildə Demokratik Respublika qurucularının simasında tarixdə öz yerini tutub. Çağdaş dövlətçiliyin ən yaxın kökləri isə 1991-ci ildən başlasa da, onun fundamentallığı, daha möhkəm dayaqlar üzərində dayanması 1993-cü ilə aiddir.

 

…Hər bir dövlətin adı, formalaşması prosesi, həmin tarixi şəraitdə dövləti quran tarixi şəxsiyyətin adı ilə yanaşı dayanır. Bəlkə də əksinə, tarixi şəxsiyyətlərin fenomenal keyfiyyətləri, onların nüfuzu dövlətin adından, formalaşması şəraitindən əvvəl gəlir. Necə ki Şah İsmayıl Xətai, Ağa Məhəmməd şah Qacarın və başqalarının adı həmin dövrün tarixi şəraitindən, dövlətin adından, imkanlarından daha çox məhşur və yaddaqalandır. Müasir dövlətçilik tarixi də belə tarixi simalardan xali olmayıb.

 

 Azərbaycan dövlətçiliyinin yaranması xranologiyasında çağdaş dövlətçilik özünəməxsus yer tutur və bu dövrün müəllifi olan Heydər Əliyevin adı, soyadı dövlətçilik ənənələrini yaşadan, onu müasir bir məzmunda yüksəkliyə qaldıran, Azərbaycanı dünyəvi bir dövlətə çevirən, geniş dünya ilə qovuşduran tarixi şəxsiyyət kimi ən məhşur hökmdar və sərkərdələrin adı ilə bərabər çəkilir.

 

 …Heydər Əliyevin siyasi gücü haqqında təsəvvürləri 1993-cü il hadisələri ilə bağlı çox da uzaq olmayan tarixi dövrdən yaxşı heç bir siyası proses dolğunlaşdıra bilməz.

 

1993-cü il Azərbaycanın yaxın zamanına aid fəlakətlərin ən pisi, ən qorxulusu idi. Azərbaycanda elə bir siyasi böhran yaşanırdı ki, baş verənlərin konkret nədən, haradan qaynaqlandığını aydın şəkildə görmək mümkün deyildi. Azərbaycan faciəvi duruma düşmüşdü və belə bir mürəkkəb vəziyyət ölkəni xaosa sürükləmişdi. Hadisələrin arxasında dayanan gerçək səbəblər böyük bir qaranlıq içərisində olsa da, ölkədəki qarmaqarışıqlıqda xarici faktorun da izlərini tapmaq mümkün olmuşdu. Bir tərəfdən, AXC - Müsavat iqtidarının diletanlığı, dövlət idarəçiliyindən bixəbərliyi, həmin komandanın hakimiyyət postlarına hərisliklə yiyələnməsi, bunun nəticəsində hakimiyyət budaqlarının, mühüm nazirliklərin siyasi naşıların əlinə keçməsi Azərbaycan üçün  qarşıdırma planını işə salmışdı.

 

Rusiya ondan qopan Azərbaycanın müstəqilliyini “həzm” edə bilmirdi. Rusiya ilə əlaqələrə qəti embarqo qoyan siyasi hakimiyyət  Rusiyanın hiddətini öz üzərinə çəkmişdi. Təbii ki, ölkənin yarıtmaz idarəçiliyi düşmən niyyətli tərəfi sevindirirdi. 

 

Hələ  İran…O da  Təbriz davasının açılacağı bəyanatlarının qarşılığında Azərbaycan üçün hər hansı bir təhlükənin yaranmasına maraqlı idi. Bu maraq 1993-cü ildə Rusiya və İranı Azərbaycana qarşı birləşdirdi; onların hər ikisi Azərbaycandakı vəziyyətin qarışmasında bu və ya digər şəkildə iştirak etdilər. Müdaxilə xeyli dərəcədə virtual idi. Azərbaycan faktiki olaraq regionda və dünyada təklənmişdi. Ölkəni idarə edən qüvvələrinsə belə bir total  maneəni aradan qaldırmaq imkanı da, təcrübəsi də, səriştəsi də yox idi. Nəticədə Azərbaycan uçuruma yuvarlanırdı; müxtəlif bölgələrdə separatçı qüvvələr baş qaldırıb, ölkəni parçalayır, ayrı-ayrı siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr yaranır, cinayətkarlıq get-gedə artır, insanlar mübahisəli məsələlərini silahla həll edir, bir sözlə, ölkə vətəndaş müharibəsi həddinə çatır. Daha doğrusu, Gəncədə vətəndaş müharibəsi başlayır. Bu hadisələrin paralelində ən pis olaylar cəbhə bölgəsində cərəyan edir.

 

Uzunmüddətli döyüşlərdə ermənilərdən geri alınan torpaqlar yenidən itirilir, üstəlik, Azərbaycanın Kəlbəcər, Ağdam, Füzuli, Zəngilan, Qubadlı rayonlarının ermənilər tərəfindən işğalı asanlaşır.

 

Bir tərəfdə vətəndaş müharibəsi, digər tərəfdə isə yeni ərazilərin itirilməsinə yaranan təhlükənin nə demək olduğunu anlamaq çətin deyildi. Heydər Əliyevi bəyənməyən, onu qəbul etməyən, “siyasi hakimiyyətə qayıda bilər” deyib, ona hər zaman qısqanclıqla yanaşanlar Naxçıvan Ali Məclisinin sədrinə möhtac olduqlarını, bütövlükdə, Azərbaycanın ona ehtiyac duyduğunu dərk etməli olmuşdular.

 

Heydər Əliyev AXC - Müsavat iqtidarına lazım idi ki, vətəndaş müharibəsini dayandırsın, eyni zamanda, müstəqilliyin itirilməsi kimi ağır bir məsuliyyəti onların üzərindən götürsün. Tarixin ironiyasına bax ki, Heydər Əliyevi siyasi keçmiş sayanlar, əllərindəki tribunalardan istifadə edib onun qururuna toxunmaq istəyənlər çətinə düşən kimi ona Azərbaycanın xilaskarı gözü ilə baxmalı oldular. Heydər Əliyevə “gəlməsin” deməyə, ona hansısa bir işi tapşırmağa etiraz etməyə heç kəsin cəsarəti çatmırdı. Artıq cəsarətli dillər məhdudlaşmışdı və bu səhnələr cəmiyyət üçün az maraq doğurmurdu. 


Heydər Əliyev öz oxundan çıxıb AXC - Müsavat hakimiyyətinə tuşlanan, bununla təkcə ayrı-ayrı siyasi füqurlara yox, bütövlükdə cəmiyyətə zərbə vuran qiyamçı Surət Hüseynovu sakitləşdirməklə, hadisələrin dramatikliyini mümkün qədər azalda bildi. Böhranın səngiməsi istiqamətində atılan addımların ardıcıllığı vətəndaş müharibəsinin dərinliklərə gedib çıxmasının qarşısını aldı. 

        
Növbə böhranın biryolluq aradan qaldırılması kimi vacib mərhələyə çatsa da, hakimiyyətdə olan qüvvələr siyasi danışıqların davam etdirilməsindən qaçırdılar. Nəyə görə ? 

       
Çünki növbə Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyət pilləsinə gətirilməsinə çatmışdı. Heydər Əliyevin Naxçıvana qayıtması vəziyyətin yenidən pisləşməsi demək idi. Onun vəzifə tutmasının qaçılmazlığı cəbhəçiləri elə qəzəbləndirirdi ki, bu dəfə onlar siyasi vəziyyətin təkrar çətinləşməsində rol oynayırdılar. Sanki Heydər Əliyev, elə sadəcə, Gəncəyə getmək, qarşıdurma yerini nəzərdən keçirmək, loru desək, Surət Hüseynova təpinmək üçün Bakıya çağırılmışdı.

       
Təbii ki, siyasi böhranın aradan qalxması üçün təkcə bunlar kifayət etsəydi, sözsüz, Heydər Əliyevə ehtiyac qalmaz, xalq onu Bakıda artıq saxlamazdı.

        
İş ondadır ki, hakimiyyət çürük bir alma kimi tamam yararsız hala düşmüşdü. Daxildə ziddiyyətlər artmış, prezident Kələki kəndinə qaçmış, komanda pərakəndə duruma düşmüş, ölkədə siyasi vəziyyət yenidən qarışmışdı. Heydər Əliyevin Milli Məclisə sədr seçilməsi proseslərin pozitiv məcraya düşməsinə kömək idisə, ən böyük kömək onun ölkəyə rəhbərliyə gətirilməsi faktı idi.

       
Hakimiyyətdə olduğu illərdə Heydər Əliyev Azərbaycanı iqtisadi,  siyasi, demokratik inkişaf  relsi üzərinə əbədilik qoya bildi. 

 

Böyük İpək yolunun açılması məsələsi istiqamətində addımların atılması, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi, digər strateji layihələrə imza qoymaq kimi məsələləri Heydər Əliyev Azərbaycanın siyasi müstəqilliyinin mühafizəsində bir vasitəyə çevirdi.

 

Heydər Əliyevin siyasi hakimiyyətinə qədər Azərbaycan Rusiya və İranın təhlükəsi altındaydı. Vəziyyəti dəyişmək ağıl tələb edirdi. AXC - Müsavat iqtidarının anlamaq istəmədiyi Rusiya və İran faktoruna Heydər Əliyev həssas yanaşmaqla, Azərbaycanı ən pis xarici fəlakətlərdən qorudu. Bunun üçün sadəcə, balansı gözləmək lazım idi. O, xarici siyasətdə Rusiyanın, Amerikanın yerini düzgün müəyyənləşdirməklə, düşmənləri dosta çevirə bildi.

 

Heydər Əliyev bunu vaxtilə işlədiyi, yaşadığı Rusiya üçün etmir, bunu məhz Azərbaycanın başı salamat yaşaması üçün edirdi. 

 

Balanslaşdırılmış xarici siyasətdə İranın da mövqelərinə hörmətlə yanaşmağı şərt kimi qəbul edən Heydər Əliyev bununla belə, İran tərəfindən Azərbaycana olan hər hansı bir ədalətsizliyə hər zaman layiqli cavab verməsi ilə vətəninə olan təəssübkeşliyini ictimai rəyin yaddaşına əbədi həkk edə bilib. İranın keçmiş prezidenti Məhəmməd Xatəminin Xəzər dənizinin adını “Mazandaran” gölü kimi çəkməsinin ümummilli liderin diqqətindən yayınmayıb, iranlı həmkarını öz səhvini düzəltməyə vadar etməsi Heydər Əliyevin Azərbaycanın milli maraqlarını necə qorunduğunun bariz nümunəsi idi. Onun avtobioqrafiyasına kifayət qədər belə misallar daxil olub.

 

Bu siyasətçinin unikallığı ondaydı ki, onun dünya siyasətinə təsiretmə nüfuzu var idi. Heç bir siyasət adamında olmayan keyfiyyətləri daşıyır, siyasi reallıqlara düzgün diaqnoz qoymaq məharəti, sinəsinə döyən opponentlərini öz taktiki addımlarıyla məğlubetmə bacarığı ilə hamını heyran qoyurdu. Heydər Əliyev elə bir təkrarolunmaz şəxsiyyət idi ki, Azərbaycan ictimai rəyi ondan savayı, heç kəsə bu qədər həssas olmayıb. O, Azərbaycan xalqına onun qarşısında olan xidmətlərinin heyrətamiz statistikasını qoyub getdi. Azərbaycan təkrar siyasi böhran yaşamasın deyə, özündən sonrakı siyasətçilərə dövlət idarəçiliyinin mükəmməl konsepsiyasını qoyub getdi.

 

Yaşadığımız siyasi reallıqlar sübut edir ki, dövlət idarəçiliyi üzərində eksperiment məfhumu siyasi diletantların anlayışıdır. Dövlətin başında dövlətçilik təcrübəsini yaxşı bilən, bir sözlə, dövlətə bütün mənalarda yaraşan lider rəhbərlik etməlidir. Heydər Əliyev belələrindən idi…

MÜƏLLİFİN DİGƏR YAZILARI
Rusiyada azərbaycanlı bloqer saxlanıldı 25 Avqust 2019, 00:53 Sumqayıtda iki qrup arasında kütləvi dava 25 Avqust 2019, 00:43 Bakıda avtobus iki piyadanı vurdu 25 Avqust 2019, 00:28 Zeynəbin  təhsil haqqı tam ödənildi 25 Avqust 2019, 00:12 Xəzərdə batan 2 nəfər xilas edildi 24 Avqust 2019, 23:57 Fransada etirazçılarla  qarşıdurma 24 Avqust 2019, 23:38 Heydər Əliyev Mərkəzinin parkında konsert 24 Avqust 2019, 23:24 Türkiyədə polisləri daşıyan maşın aşdı: 2 ölü 24 Avqust 2019, 23:10 Sumqayıtda toy zamanı şadlıq evi yandı: 360 nəfər təxliyyə edildi 24 Avqust 2019, 22:59 Şəkidə yanğın 70 hektar ərazini kül etdi 24 Avqust 2019, 22:46 Sərbəst sözün işığı 24 Avqust 2019, 22:37 Ruhani  rialdan dörd sıfrı silir 24 Avqust 2019, 22:17 Goranboyda ağır qəza: 1 ölü, 5 yaralı 24 Avqust 2019, 21:44 "Səbail" I pilləyə yüksəldi 24 Avqust 2019, 21:30 Ərdoğan İmamoğlunu yenə tənqid etdi 24 Avqust 2019, 21:13 Kürdəmirdə daha bir fəhlə iş yerində öldü 24 Avqust 2019, 20:56 Rusiyada iki azərbaycanlı həbs olundu 24 Avqust 2019, 20:38 Gecə klubunda 52 nəfər saxlanıldı 24 Avqust 2019, 20:19 Tramp Makronla G7 sammiti öncəsi müzakirə apardı 24 Avqust 2019, 20:01 Yevlaxda 17 gün əvvəl edilən oğurluğun üstü açılıb 24 Avqust 2019, 17:56 Bakıda məşqə gedən 21 yaşlı oğlan avtovağzalda itkin düşdü 24 Avqust 2019, 17:42 Ukrayna vətəndaşı Bakıda 160 min dollarlıq dələduzluq edib 24 Avqust 2019, 17:30 Çin Trampa rəsmi XƏBƏRDARLIQ etdi 24 Avqust 2019, 17:13 Azərbaycanın daha bir aparıcı bankına haker hücumu olub 24 Avqust 2019, 16:53 Türkiyədə zirehli avtomobil aşıb, 2 polis ölüb, 4-ü xəsarət alıb 24 Avqust 2019, 16:46 Zelenski Bakı ermənisini TŞ-nin rəhbəri postuna gətirir? 24 Avqust 2019, 16:31 Şamaxıda "Toyota"nın vurduğu piyada xəstəxanada öldü 24 Avqust 2019, 16:18 Sosial evləri kirayə verənlər: “Mənzilə ehtiyacları yoxdur, pul qazanmağı düşünürlər” 24 Avqust 2019, 15:53 ABŞ İran tankerini qəbul edən limanları sanksiyalarla hədələdi 24 Avqust 2019, 15:39 Prezident İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib - YENİLƏNİB 24 Avqust 2019, 15:27 İranda iqtisadi vəziyyət pisləşməkdə davam edir 24 Avqust 2019, 14:56 Azərbaycanlı aparıcı 45 milyonluq torpaq sahəsini satdı - Fotolar 24 Avqust 2019, 14:49 Bakıda narkobaronlara qarşı əməliyyat: "Bibixanım" saxlanıldı - FOTOLAR 24 Avqust 2019, 14:21 Goranboyda növbəti ümumrayon aksiyası keçirildi 24 Avqust 2019, 14:05 Rusiya dənizdən raketlər atdı, hədəflər məhv edildi 24 Avqust 2019, 13:51