Modern.az

ATV bəzi verilişlərini bağladı

ATV bəzi verilişlərini bağladı

5 Oktyabr 2009, 14:02

Bu gün «Azad Azərbaycan» Teleradio Yayım Şirkətində son vaxtlar mətbuatda və içtimayyətdə müzakirəyə səbəb olan telekanallardakı verilişlərin səviyyəsi və formatı ilə bağlı toplantı keçirilib. Bu barədə Modern.az-a ATV-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Toplantıda Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevin telekanallarla bağlı səsləndirdiyi tənqidi tezislərə uyğun olaraq ATV-dəki nöqsanlar müzakirə edilib, müvafiq qərarlar çıxarııb. Belə ki, «Performans», «Tam sərbəst-solo» verilişlərinin və SMS-onlayn xidmətinin yayımı dayandırılıb, «Onlar» proqramının məzmunu dəyişdirilib. Artıq «Onlar» verlişi mədəniyyət proqramı kimi fəaliyyət göstərəcək.  Ana-uşaq problemlərinə və valideyn maarifçiliyinə yönəlmiş «Körpəm» proqramının yayıma hazırlanması barədə də qərar çıxarılıb. Milli mədəni məsəlləri araşdıracaq «İrsimiz» layihəsi əməkdar incəsənət xadimi Əbdül Mahmudbəyovun aparcılığı ilə  efirə çıxacaq. Azərbaycanın tarixi ilə bağlı etnoqrafik layihə olan «Sirli Azərbaycan», həmçinin hərbi vətənpərvəlik layihəsi olan «Ordum var», muğam sənətinin təqdim edəcək «Muğam ocağı» da ATV-də yayımlanacaq yeni layihələrdir. Tezliklə ATV-nin istehsalı olan sənədli, elmi-kütləvi filmlər, «El çələngi» folklor layihəsi və bir neçə mədəni, ədəbi və içtimai məzmunlu tok-şoular da yayımlanacaq.

Toplantıda qərara alınıb ki, ATV-də tanınmış ziyalılardan ibarət Bədi Şura yaradılsın. Bu qurum ATV-də veriliş və layihələr reallaşdırılarkən öz məsləhətlərini verəcək. Bütün dəyşikliklərlə bağlı Milli Televizya və Radio Şurası artıq məlumatlandırılıb.

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi