Modern.az

"Xəzər Lənkəran"ın iddiası ilə iki jurnalist cəzalandırıldı

"Xəzər Lənkəran"ın iddiası ilə iki jurnalist cəzalandırıldı

7 Oktyabr 2009, 13:42

"Xəzər Lənkəran" Futbol Klubunun prezidenti Mais Mənsimovun iki jurnalistə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia ərizəsi üzrə məhkəmə prosesi oktyabrın 7-də başa çatıb.
Modern.az xəbər verir ki, Nəsimi rayon məhkəməsinin qərarı ilə "Fanat.az" idman qəzetinin köşə yazarı Natiq Muxtarlı 1 il islah işlərinə cəlb olunub. Məhkəmənin qərarı ilə Natiq Muxtarlının aylıq məvacibindən 20 faiz tutularaq, şərəf və ləyaqətinin təhqir olunduğunu idda edən "Xəzər Lənkəran"ın prezidenti Mais Mənsimova ödəniləcək.
"Fanat.az" saytının layihə rəhbəri Zahir Əzəmət də «haramxor» və «yelbeyin» ifadələrinin saytda yayılmasına görə günahkar bilinib və 6 ay islah işlərinə cləb ounub. Onun da məvacibindən 20 faiz tutularaq M.Mənsmimova ödənilməsi ilə bağlı qərar çıxarılıb.
Jurnalistlər qərardan apellyasiya şikayəti verəcəklərini deyiblər.
Xatırladaq ki, M.Mənsimov iddia ərizəsində Fanat.az-ın köşə yazarı Natiq Muxtarlının yazılarında özünün və ailəsinin şərəf və ləyaqətinin təhqir olunduğunu iddia edərək, həm müəllifin, həm də saytın layihə rəhbəri Zahir Əzəmətin həbs olunmasını tələb etmişdi.
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi