Modern.az

"Gələn həftə "reket" qəzetlərin yeni siyahısı açıqlanacaq"

"Gələn həftə "reket" qəzetlərin yeni siyahısı açıqlanacaq"

9 Oktyabr 2009, 11:32

Mətbuat Şurasının "Reket" Jurnalistikasına Qarşı Mübarizə Komissiyasının sədri, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, gələn həftə "reket" qəzetlərin yeni sıyahısı açıqlanacaq.
Modern.az-ın mılumatına görə, Vüqar Rəhimzadə bu barədə oktyabrın 9-da Quba Olimpiya Komleksində təşkil olunan "Jurnalistlər üçün düşərgə" təlim kursunda KİV əməkdaşları ilə görüşdə xəbər verib. O, bildirib ki, Mətbuat Şurası yarandığı 2003-cü ildən "reket" jurnalistikasına qarşı ciddi mübarizə aparır. V.Rəhimzadə deyib ki, Azərbaycan mətbuatına xələl gətirən bəzi qəzetlər medianın inkişafına deyil, şəxsi maraqlara xidmət edir .
Mətbuat Şurasında fəaliyyət göstərən  "Reket" Jurnalistikasına Qarşı Mübarizə Komissiyasının sədri bildirib ki, indiyədək bir neçə dəfə "reket" qəzetlərin siyahısı elan olunub. Bu qəbildən olan növbəti siyahı gələn həftə açıqlanacaq. Siyahıya peşə normalarına zidd hərəkətlərə yol verən mətbuat orqanlarının adı salınıb.
"Qara siyahı" elan ediləndən sonra Mətbuat Şurası Ədliyyə Nazirliyinə müraciət edəcək. Müraciətdə "reket" qəzetlərin rəsmi qeydiyyatının ləğvi məsələsi qoyulacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...