12 Avqust 2016, 10:11 | Ana Səhifə - Yazılar - TBMM-dəki üç erməni və 15 iyul
TBMM-dəki üç erməni və 15 iyul

Prof. Qafar Çaxmaqlı

Türkiyə  Böyük Millet Məclisinə ən son  erməni  Hermine Qalustyan 1961-ci ildə seçilmişdi.  Eyni dönəmdə TBMM-də daha bir erməni də vardı- Berç Turan.  O da ən son seçilənlərdəndi. Soyisminə fikir  verin. Kim deyərdi ki, “ Turan “ familiyalı bu adam erməni olar.  Maskaya fikir verin.  B. Turan 1964-cü ilə qədər fəaliyyətini erməni millətinin maraqları naminə sürdürmüş və və  hətta “erməni soyqırımı” deylən təxribatın Türkiyənin başı üzərində oynanmasına yardım etmişdi. Xatırlayanlar var ki, 1965-də Uruqvayda ilk dəfə “erməni soyqırımı” qəbul olunanda  Türkiyə mediyasında bunu alqışlayanlardan olmuşdu. ASALA terrorunun tüğyan elədiyi illərdə də səssizliyini pozmamışdı. Düz 54 il sonra müasir dövrümüzdə “erməni soyqırımı” deyilən provakasiyanın 20-dən artıq ölkədə, bir çox beynəlxalq təşkilatlarda qəbul edildiyi müasir dövrümüzdə  Türkiyənin AK Partiyası, CHP və HDP Məclisə 3 Erməni millət vəkili göndərdi. CHP-nin namizəd siyahısında 1-ci sırada olan Erməni vəkil Selina Doğan millət vəkili seçilərkən, AK Partiyadan də Markar Eseyan 12-ci sırada millət vəkili seçilməyi bacardı. HDPde də yenə Erməni namizəd Garo Paylan (əslində Palyan) 2-ci sırada seçilərək millət vəkili oldu. Beləcə, Türkiyə Böyük Millət Məclisinə 54 il sonra ilk dəfə Erməni millət vəkilləri girmiş oldu. Haqları varmı? Var təbii ki. Vətəndaş olaraq seçmək və seçilmək haqları vardır. Amma bu adamları aday olaraq göstərərkən keçmişdən dərs alınmır. Etyen Mahcupyan keçmiş baş nazirin baş müşaviri olarkən buna dərhal sərt reaksiya vermişdim.  O yazının başlığı beləydi:”Etyen Mahcuyan: Soyqırımı tanımak sırası Türkiyənindir”. Və Mahcupyan bütün çıxış və yazılarında bu mövqeyi sərgiləməyə başladı. Mahcupyan Fətullah Gülən camaatına yaxın birisiydi və  FETÖ-culuğu o zamandan bəri yürütməyə başlamışdı. Yaxşı ki, onun bu xəyanətkar mövqeyini tez gördülər və işdən çıxarıldı. AK partili Markar Esayan Türkiyə TV-lərini sanki “işğal etmişdir”, hansı praoqramı açırsan Markar Esayan dərs verir. Özü də nə dərsi?. FETÖ tərəfindən sırınması öngörülən ideyalar fikirlər... Nə dərəcədə səmimi olduğunu isə göstərmişdi. 2011-ci ildə atdığı bir tweetində "Yiğit Bulutu danışman yap, Mehmet Altanı Starda barındırma. Dinki, Uludereyi ört. Yok olmanın dayanılmaz hafifliği" ifadələri ilə  keçmiş baş bakanı və indiki prezident Tayyip Erdoğan kimin tapşırığı ilə tənqid edirdi? Bir soruşan varmı?

Esayan 2012-də yazdığı tweetinde "Hesaplarımı dört sene sonraki seçimler için yapıyorum, yeteri kadar AK Partili görünürsem vekil olabilirim diye. Aslında kripto darbeciyim" diye yazmışdı.


Bu adam indi millətvəkilidir. O biri erməni millət vəkillərinin  yazı və çıxışlarını da təhlil etsək  çox açıq görünər ki, bu adamlar Türkiyənin içində Türk düşmənliyi edən şəxslərdir. Qaro Paylanın Məclisdə  1915 olayları ilə bir çıxışına baxmışdım. Heç Ermənistan Parlamentində ən qatı şovinist erməni, məsələn bizim tanıdığımız Zori Balayan belə çıxış edə bilməzdi.  Amma erməni Qaro TBMM-də Türklərə söyür, bir dillənən yoxdu. Bu FETÖ-çuluqdan da betər xəyanətdir.  

Sual oluna bilər: Bunları kimlər yetişdirib və 54 il sonra Parlamentə soxuşdurublar? Əlbəttə Türkiyəyə düşmən olan qüvvələr. Qəribə odur ki, bunların yetişdiyi mətbuat orqanları Fətullah Gülənə bağlı mətbuat orqanları olub. “Taraf”da, “Zaman”da, “Radikal”da yetişiblər. Bu qəzetlərdə verdikləri yazılarda türk millətini aşağılamağa qədər dərinə gediblər. Onlara dəstək verən milli xəyanətkarlar da olub. Onlar da indi əl- qollarını sallayaraq 7 avqust Yeni Qapı mitinqini lağa qoyurlar. 15 İyil çevriliş cəhdindən sonra bunların hansı mövqedə olmalarını soruşsanız belə deyərdim: Onların mövqeyi həmişə erməni mövqeyi olub!

 Baxın, ortada bir çevriliş cəhdi varsa və bu işə bu adamlar tərəfindən illərlə dəstək verilibsə əlbəttə soruşulmalıdır: Sən kimin vəkilisən?

 08.08.2016, Bakı

 

Lavrovdan NATO-ya ETİRAZ 2 Dekabr 2021, 14:51 Qafqazda uzunmüddətli sülh üçün yeni fürsətlər yaranır - Çavuşoğlu 2 Dekabr 2021, 14:33 ATƏT PA sədri Ermənistan və Azərbaycana çağırış etdi 2 Dekabr 2021, 14:28 “SOCAR Petroleum”da yeni baş direktor TƏYİNATI 2 Dekabr 2021, 14:22 Bakcell abunəçiləri üçün “Asan İmza”nı SMS vasitəsilə yeniləmək imkanı 2 Dekabr 2021, 14:17 Nazirdən təhsil kreditləri ilə bağlı narazılıqlara CAVAB 2 Dekabr 2021, 14:12 “Bayraktar”lar havaya qaldırıldı - VİDEO 2 Dekabr 2021, 14:06 Azərbaycanda qəzalı vəziyyətdə olan məktəblərin sayı AÇIQLANDI 2 Dekabr 2021, 14:00 Narkokuryerə hökm oxundu 2 Dekabr 2021, 13:55 Elmar Məmmədyarov Rövnəq Abdullayevin yanına gəldi - FOTOLAR 2 Dekabr 2021, 13:50 Prezidentin köməkçisi Azərbaycan-Ermənistan sərhədindəki son vəziyyətdən DANIŞDI 2 Dekabr 2021, 13:45 “Dədə Ələsgər irsinə olan möhtərəm ehtiram” 2 Dekabr 2021, 13:40 Hikmət Hacıyevdən jurnalistlərə tövsiyə: “Ermənistan mediasına istinadları minimuma endirək” 2 Dekabr 2021, 13:35 Milli komandamızda yeni baş məşqçi TƏYİNATLARI 2 Dekabr 2021, 13:30 Nazir istilik problemi olan məktəblərin sayını AÇIQLADI 2 Dekabr 2021, 13:26 Dünənki aksiyada saxlanılanların məhkəməsidi 2 Dekabr 2021, 13:22 Növbəti həftələrdə ənənəvi tədris tam bərpa oluna bilər - Nazir 2 Dekabr 2021, 13:18 Prezidentin köməkçisi helikopter qəzasından DANIŞDI 2 Dekabr 2021, 13:14 ATƏT xarici işlər nazirlərinin iclası başladı 2 Dekabr 2021, 13:09 Fuad Muradov Britaniyada səfərdədir 2 Dekabr 2021, 13:04 Bu dövlət qurumlarına yeni səlahiyyət VERİLDİ 2 Dekabr 2021, 13:00 AFFA millinin baş məşqçisi De Byazi barədə QƏRAR VERDİ 2 Dekabr 2021, 12:54 Son 1 həftədə yol qəzalarında 14 nəfər ölüb 2 Dekabr 2021, 12:48 Rusiyada 1221 nəfər virus qurbanı oldu 2 Dekabr 2021, 12:43 Qarabağın azad olunması hər kəsdə özünəinam yaratdı - Nobel mükafatçısı 2 Dekabr 2021, 12:38 “Walt Disney”ə ilk dəfə qadın rəhbərlik edəcək 2 Dekabr 2021, 12:34 Belarus və Rusiya Ukrayna sərhədində təlimlər keçirəcək 2 Dekabr 2021, 12:31 İlham Əliyev ərəb Şeyxini TƏBRİK ETDİ 2 Dekabr 2021, 12:27 Noyabrda 9 nəfər mina qurbanı olub - FAKTLAR 2 Dekabr 2021, 12:25 Sabahın hava proqnozu 2 Dekabr 2021, 12:20 Metroda telefon oğurladı - TUTULDU 2 Dekabr 2021, 12:16 İcra hakimiyyətlərinin ləğvi gündəmdə - Cəmi 14 regional icra başçısı ola bilər - SİYAHI 2 Dekabr 2021, 12:11 İcra başçısı şəhidin evində 2 Dekabr 2021, 12:07 Diaspor nümayəndələrinin Şuşaya növbəti səfəri  2 Dekabr 2021, 12:03 Saakaşvilinin məhkəməsi keçirilir 2 Dekabr 2021, 12:00
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?