23 Avqust 2020, 23:02 | Ana Səhifə - Yazılar - Anamın şiləsi
Anamın şiləsi

İbrahim Nəbioğlu

Lombardiya İtaliyanın şimal-qərbində, Alp dağları ilə Po çayının arasındakı vadidə yerləşən bölgədir. Paytaxtı Milan olan bu vilayət ölkənin 20 muxtar bölgəsindən biridir. Lombardiya (italyanlar vurğunu "i" hərfinin üzərinə vururlar) İtaliyanın qastronomi mərkəzi olmasa da Milan ən azı Bolonya və Neapol qədər yemək mədəniyyətinin önəmli mərkəzlərindən biridir.

Vilayətin dağlıq bölgələrində ət və Alp dağlarındakı göz yaşı kimi təmiz dağ çaylarının balıq yeməkləri ən populyar olanlarıdır. Lombardiyanın cənubunda isə ən məşhur yemək rizottodur. İtalyanca "Risotto" yazılıb "rizoto" kimi tələffüz edilən bu sözün kökü "düyü" anlamını verən "riso" sözündən gəlir. Dünya mətbəxinin ən önəmli yeməklərindən biri olan rizotto ət, toyuq ya da tərəvəz suyunda bişirilən bir növ bizim bildiyimiz düyü plovudur. Zatən italyanlar düyünü də ancaq rizottoda istifadə edirlər…

1993-cü ildi, Ankaraya yenicə köçmüşdüm. Mərhum anam ilk dəfə yanıma gələcəkdi - harada yaşayıram, nə yeyirəm, nə içirəm deyə bir növ təftiş etmək istəyirdi. Əvvəl düşündüm ki, Çankayadakı "Atakule" adlı qüllənin zirvəsindəki 360 dərəcə dönən restorana aparım onu. Ancaq anamın yüksəklik qorxusunu nəzərə alıb "yerdə" bir restorana getməyə qərar verdim. Şəhərin ən dəbdəbəli səmti sayılan Gaziosmanpaşada yeni italyan restoranı açılmışdı. Yer ayırdıb axşam yeməyinə ora getdik. Anam menyuya baxmadan ən sadə nə varsa ondan gətirmələrini istədi. Garson da heç düşünmədən "Nə hazırladacağımı bilirəm" deyib, on dəqiqə sonra ikimizə də rizotto gətirdi. Anam bir yeməyə baxdı, bir də mənə - "Bu ki mənim bişirdiyim şilədir. Deyərdin evdə bişirərdim, daha bura nəyə gəlirdik ki". Anam Bakıya qayıdanda bütün rəfiqələrinə danışmışdı ki, oğlum Ankarada məni restorana şilə yeməyə aparmışdı…

Rizotto mənim uşaqkən sevmədiyim, zorla yediyim, ancaq sonralar bayıldığım şilənin çox bənzər forması bir yeməkdir. Zamanla bir çox ölkədə rizottonun necə bəhəbəhlə yenildiyini, onun italyan mətbəxinin olmazsa olmazından biri olduğunu gördüm. Güman ki, italyan aşbazları onu şərabda bişirərək "şilə"ni "rizotto"ya çevirmiş, ona fərqli bir dad və məna yükləmişlər. Mən də indiyə kimi hər yerdə zarafatla deyirəm ki, italyanlar ən ləzzətli yeməklərini Qazaxdan götürüblər…

İstanbuldakı "Morini" restoranında bu məkanın sahibləri Yaprak və Başak xanımlarla rizotto yeyərkən içimdən təsviredilməz bir sızıltı keçdi - mənə görə dünyanın ən gözəl yeməklərini bişirən anamı xatırladım. Masamızda oturan kimsə görmədi - rizotto servis ediləndə gözümdən bir damla yaş boşqabımın düz ortasına düşdü..

23 avqust 2019,
İstanbul.

"Səhv etmişəm, üzr istəyirəm" - Polisi döyən deputat 1 Avqust 2021, 17:55 Türkiyədə yanğında ölənlərin sayı artdı    1 Avqust 2021, 17:53 Əhliman Əmiraslanov: “Parlament uğurla fəaliyyətini davam etdirir”   1 Avqust 2021, 17:50 FHN Marmarisdə yanğının genişlənməsinin qarşısını aldı - VİDEO 1 Avqust 2021, 17:43 “Azərbaycan Türkiyəyə hər cür yardıma hazırdır” - Ceyhun Bayramov 1 Avqust 2021, 17:24 Milli Məclisin yenidən buraxılacağı iddiasına CAVAB   1 Avqust 2021, 17:07 “Yalanın həqiqət kimi təqdim olunması təəssüf doğurur” - Cavanşir Feyziyev      1 Avqust 2021, 17:03 Şevçenko millidən ayrıldı  1 Avqust 2021, 16:58 Peyvənd olunanların sayı açıqlandı 1 Avqust 2021, 16:49 Azərbaycanda daha 4 nəfər koronavirusdan öldü 1 Avqust 2021, 16:42 Xüsusi əməliyyat: Terrorçular məhv edildi 1 Avqust 2021, 16:36 8 toyda karantin qaydaları pozuldu 1 Avqust 2021, 16:33 “Jirinovski siyasi arenanı çayxana ilə səhv salıb” 1 Avqust 2021, 16:24 Ombudsman Türkiyəyə 100 fidan hədiyyə etdi 1 Avqust 2021, 16:08 Kəmər bölgəsində də meşə yanğınları başlayıb 1 Avqust 2021, 16:00 Şəhid zabitin anım günü qeyd edildi - FOTOLAR 1 Avqust 2021, 15:54 Türkiyə Yunanıstana nota verib   1 Avqust 2021, 15:45 Səfirlikdən Türkiyədəki azərbaycanlılara müraciət 1 Avqust 2021, 15:28 Muğlada yaşayış məntəqələrini alov bürüdü 1 Avqust 2021, 15:22 Ermənilər Xankəndini niyə TƏRK EDİR?    1 Avqust 2021, 15:03 İranda daha 366 nəfər koronavirusdan ölüb   1 Avqust 2021, 14:46 Egey dənizində zəlzələ şoku: 131 təkan qeydə alındı   1 Avqust 2021, 14:40 Azərbaycan “Tokio-2020”də ikinci medalını qazandı 1 Avqust 2021, 14:29 Azər Kərimli: “Jirinovski  saxtakar və siyasi kloundur” 1 Avqust 2021, 14:25 Azərbaycan Rusiyaya nota verdi 1 Avqust 2021, 14:14  “Jirinovski belə siyasətçilərin ön sırasındadır” - Ramin Məmmədov 1 Avqust 2021, 14:00 Goranboyda 11 yaşlı uşaq oda düşdü 1 Avqust 2021, 14:00 Bodrumda yanğın yaşayış yerlərinə keçir 1 Avqust 2021, 13:49 FHN-nin növbəti qrupu Gürcüstandan Türkiyəyə gedir - VİDEO 1 Avqust 2021, 13:40 Ağstafada bədbəxt hadisə: Ustanı işlədiyi evdə "tok" vurdu 1 Avqust 2021, 13:34 Türkiyənin daha 3 bölgəsində yanğınlar nəzarətə alınıb 1 Avqust 2021, 13:25 Əfqanıstanda hava limanına üç raket atıldı 1 Avqust 2021, 13:18 Muğla daha bir zəlzələ ilə silkələndi 1 Avqust 2021, 13:09 Myanmada müvəqqəti hökumət quruldu 1 Avqust 2021, 13:05 İtaliyalı jurnalist Gəncədə gördüklərindən dəhşətə gəldi 1 Avqust 2021, 12:59