2 Oktyabr 2020, 15:46 | Ana Səhifə - Yazılar - Azərbaycanlı jurnalistdən Qarabağda yaralanan fransız jurnalistlərə MƏKTUB
Azərbaycanlı jurnalistdən Qarabağda yaralanan fransız jurnalistlərə MƏKTUB

Elşad Eyvazlı


“Le Monde” qəzetinin əməkdaşları, hörmətli Şarl Rafael və Alan Kaval!

 
Ötən gün 30 ildir Ermənistanın işğalda saxladığı tarixi Azərbaycan torpaqlarında yaralandığınız barədə məlumat yayıldı.


Çox üzüldüm.


Keşkə olmasaydı...


Düzünü desəm, bu məlumatı Ermənistan yaydığından doğruluğuna bir az da tərəddüdlə yanaşdım...


İşğalçı ölkəni yaxşı tanıdığımdan deyə bilərəm ki, siz əcnəbi jurnalistləri gülləbaran edib Azərbaycan barədə dünyada mənfi imic formalaşdırmaq üçün Ermənistanın belə bir addım atması daha real görünür. Belə düşünməyə çoxlu əsasım var.


Həqiqəti bilməyiniz üçün iki fakt deyim.


1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistan Azərbaycanın Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırımı törətdi. Yüzlərlə insan qətlə yetirildi. Ardından Ermənistan bütün dünyaya bəyan etdi ki, onun bu barbar aktdan xəbəri yoxdur. Belə faktlar yüzlərlədir.


Bir neçə gün öncə Ermənistan bəyan etdi ki, ona məxsus SU-25 bombardmançı təyyarəsi  Türkiyə tərəfindən vurulub. Halbuki, Ermənistanın Vardenis rayonunda yerləşən Havadan Müdafiə Sistemi həmin təyyarənin səhvən Azərbaycana aid olduğunu düşünüb, vurmuşdu və təyyarə dağa çırpılmışdı.


Yəni bu kimi məsələlər Ermənistanın şakəridir.


Jurnalist olaraq həmkarımın, insan olaraq isə insanın yaralanmasının əleyhinəyəm. Şüurlu insanıqsa, niyə insanlığı qorumayaq ki...


Ancaq Azərbaycan qoruyacaq, Ermənistan qorumayacaqsa, insanlıq öləcək. Ermənistan və onun havadarlarının öldürdüyü kimi...


Hər bir halda Sizə keçmiş olsun deyirəm, tezliklə sağalmağınızı diləyirəm...

 

Dəyərli həmkarlar!


Mən də jurnalistəm. Ermənistanın sizi gülləbaran etdiyi yerdə doğulmuşam. Bizim evimizi, Vətənimizi Ermənistan işğal edib, daha doğrusu Sizin də bildiyiniz güclər bizim torpaqları işğal edib Ermənistana verib.


Təsəvvür edə bilirsinizmi, mən 30 ildir öz evimizə gedə bilmirəm. Anam o yerlərin xiffəti ilə dünyasını dəyişdi. Atam ahıl yaşında öz doğma yurdunun həsrətində qovrulur.


Sizsə çox asan şəkildə mənim doğulduğum yerlərdən reportaj hazırlayırsınız. Bilirəm, jurnalist olaraq oraya gəldiyinizi deyəcəksiniz. Ancaq siz həm də dünyanın qayda-qanununu, beynəlxalq hüququ bilən olmalısınız.


Haradan reportaj hazırladığınız, o yerin hansı xalqa, dövlətə aid olduğu, gördüyünüz viran edilmiş evlərin sahibləri barədə də obyektivlik naminə heç düşünüdünüzmü?


Bir anlıq təsəvvür edin ki, İngiltərə 30 ildir Fransa ərazisinin 20 faizini işğal edib. Qaçqın həyatından bezmisiniz, öz evinizə qayıtmaq istəyirsiniz. Bu istəyinizə görə ingilislər sizi güllələyir.


Əcnəbi jurnalistlər İngiltərədən icazə alıb sizin işğal altında olan tarixi yerlərinizdən reportajlar hazırlayır, o yerlərin İngiltərəyə aid olduğunu tirajlayırlar. Belə jurnalistika olurmu? Əgər olursa, onda bunun adı jurnalistikadırmı? Və buna sizin reaksiyanız necə olar?


Yəqin ki, bütün bunların fərqindəsiniz.


Siz bizim doğma yerlərdə olarkən ayaqlarınız altında sızlayan ruhlarımızı görmədinizmi?


Heç olmasa dağıdılmış evlərin kimə məxsus olduğunu sizi ora aparanlardan soruşmadınızmı?


İnanın ki, bu dünya həm də bumeranq dünyadı.


Sabah bizim aqibəti Fransa da yaşaya bilər, başqa haqsızlıq edənlər də...


Deyin ki, Allahdan qorxsunlar!


Allah hər şeyi görür. Allah heç vaxt ölmür, Allah gecə də, gündüz də oyaq olur.


Hər şeyin geci-tezi olur.


Tezliklə doğulduğum Qarabağın Ermənistanın işğalından azad olunmasını, sizin sağalmağınızı və sizi öz doğma evimdə qonaq etməyi çox istəyirəm.

Millimiz FIFA reytinqində 5 pillə irəlilədi 26 Noyabr 2020, 13:52 Ordumuz Kəlbəcərə niyə Ağdərə yolundan getmədi? - Hərbi ekspertdən AÇIQLAMA 26 Noyabr 2020, 13:49 Fransa Senatında faşizmin təbliği, beynəlxalq hüquqa hörmətsizlik, reputasiya itkisi... 26 Noyabr 2020, 13:46 Nazirlik bu dərslikləri yenidən YAZACAQ 26 Noyabr 2020, 13:42 Mənsum İbrahimov: “Ağdama gedib əhdimi yerinə yetirdim” 26 Noyabr 2020, 13:40 Naqif Həmzəyev: Fransa Senatının Ermənistanı müdafiə etməsi olduqca gülünc görsənir   26 Noyabr 2020, 13:38 Almaniyada qələbə aksiyası keçirilib 26 Noyabr 2020, 13:32 Fransadakı soydaşlarımız Senata qarşı çıxdı 26 Noyabr 2020, 13:28 Ağdamın məşhur simaları - “Qarabağın işğalını görsəydi, ürəyi partlayardı” - Səxavətin qardaşı 26 Noyabr 2020, 13:24 “Azərenerji” əhəmiyyətli layihə reallaşdırır - Video 26 Noyabr 2020, 13:20 Naftalanda 1000-dən artıq ağac əkilib - FOTO 26 Noyabr 2020, 13:15 “Fransa tarixinin növbəti ən utancverici günlərini yaşayır” - Ceyhun Məmmədov 26 Noyabr 2020, 13:10 Sabah hava necə olacaq? - PROQNOZ 26 Noyabr 2020, 13:05 Elşad Hacıyevə nazirlikdə yüksək vəzifə verildi - TƏYİNAT 26 Noyabr 2020, 13:03 Bu il yeni doğulan uşaqlara ən çox verilən ADLAR 26 Noyabr 2020, 13:00 Polietilen torba və plastik qablar satanlar CƏRİMƏLƏNƏCƏK 26 Noyabr 2020, 12:57 “Vətən Müharibəsi Qəhrəmanı” adı TƏSİS OLUNDU 26 Noyabr 2020, 12:53 Azərbaycan turizm blogerləri Assosiasıyası yaradıldı 26 Noyabr 2020, 12:51 “Zəfər” və “Qarabağ” ordenləri TƏSİS EDİLDİ 26 Noyabr 2020, 12:50 Azərbaycandakı pambıq yığımında növbəti rekord göstərici 26 Noyabr 2020, 12:48 Qələbə medalları ilə bağlı qanun layihəsi qəbul olundu 26 Noyabr 2020, 12:45 Milli Məclisdən Fransa ilə bağlı Azərbaycan hökumətinə ÇAĞIRIŞ 26 Noyabr 2020, 12:40 İdman yazarı: “Narkotikdən asılılıq Maradonanı aramızdan apardı” 26 Noyabr 2020, 12:35 Zahid Oruc: Fransa Senatı ikinci Azərbaycan dövləti təsis etmək istəyir..   26 Noyabr 2020, 12:30 Milli Məclisdə Fransaya etiraz bəyanatı qəbul olundu 26 Noyabr 2020, 12:25 “Fransa Senatı Azərbaycan xalqından üzr istəməlidir”  26 Noyabr 2020, 12:20 Deputat Baş nazirdən xahiş etdi - “Prezident qarşısında məsələ qaldırın” 26 Noyabr 2020, 12:15 Aqil Abbas: Fransa Türkiyənin qələbələrini həzm edə bilmir 26 Noyabr 2020, 12:10 Fəzail Ağamalı: “Fransa ilə iqtisadi əlaqələrə yenidən baxılmalıdır” 26 Noyabr 2020, 12:06 Tələbələrin NƏZƏRİNƏ! 26 Noyabr 2020, 12:04 “Fransa Senatının qətnaməsi bütün beynəlxalq sənədlərə ziddir” - Deputat 26 Noyabr 2020, 12:02 Fransa səfirliyi qarşısında etiraz aksiyası keçirilib - FOTOLAR 26 Noyabr 2020, 12:00 Ərdoğanın keçirdiyi videokonfransa Mikayıl Cabbarov da qatıldı - FOTO 26 Noyabr 2020, 11:55 Number One... - Maradona 26 Noyabr 2020, 11:50 Vitse-spiker: Fransa senatının üzvləri Əlcazairdə soyqırımı törədən qatillərin nəvələridir 26 Noyabr 2020, 11:45
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?