22 Noyabr 2020, 18:50 | Ana Səhifə - Yazılar - Qələbədən sonra savaş...
Qələbədən sonra savaş...

Qəzənfər Həmidoğlu

Azərbaycan Vətən müharibəsində 44 günə 26 illik status-kvodan yaxa qurtardı və dünyanı yaratdığı yeni hərbi-siyasi paradiqmanın şahidi etdi.

Bəlli oldu ki, Azərbaycan sonadək gedəcək və işğalçıları torpaqlarından tam qovacaq. Amma noyabrın 9-da ənənəvi rus əngəlinə ilişdik və umduğumuz deyil, mümkün, amma müvəqqəti dözüləsi status-kvo ilə barışmalı olduq. Bu yeni reallıq nə qədər davam edəcək?

Əvvəla, meqalomaniyanı bir kənara buraxaq, praqmatik olaq: gedə bildiyimiz yerə qədər getdik və daha irəli getməyin Azərbaycana nə vəd etdiyi qaranlıq idi. Gücümüz yetsəydi, üçtərəfli sənədə imza atmaz, Xankəndidə oturardıq.

Əvəzində şəhid vermədən siyasi yolla bir rayonumuza qovuşduq, dekabrın 1-də daha ikisinə qovuşacağlq. Həmçinin Qərbin etnik təmizləmə iddiaları dəf edildi.

Azərbaycan son hədəfə yetişməsə də, 30 illik bir dövrü qapatdı və gerçəkdən epoxal Qələbə qazandı.

Rusiya bu Qələbəni yarımçıq etdi və ya oğurladımı? Belə deyək, Moskva tam Zəfərimizə çomaq soxdu. Bunda Azərbaycanın hərbi-siyasi rəhbərliyini günahlandırmaq ədalətsizlikdir. Məgər biz Birinci Cumhuriyyətin süqutunda Azərbaycan dövlətini yoxdan var edənləri suçlamağı ağlımızın ucundan keçiririkmi?

Rusiyanın de-yure Qarabağa qayıtmasına gəlincə, de-fakto Moskva heç hara getməmişdi, ermənilərin arxasından Azərbaycana qarşı Qarabağda hibrid savaş aparırdı. 30 il ərzində demədikmi ki, Qarabağın açarı Kremldədir.

İşğal altındakı torpaqlarının 90 faizini əvvəlcə (44 günə) hərbi yolla, sonra (20 günə) siyasi yolla qaytarmağa başlayan Azərbaycanı Qələbədən sonra masada, informasiya cəbhəsində qızğın mücadilə, savaş gözləyir. Bu mücadilədən qalib ayrılmaq üçün yenə və daha güclü birlik və həmrəyliyə ehtiyacımız var.

Yeni reallığın bir yığın risk və təhdidləri var: 200 ildə iki dəfə Rusiyanın işğalına məruz qalmışıq, rus "sülhməramlıları" girdikləri yerdə pərçim olub qalırlar. Putin Rusiyası postsovet məkanı dövlətlərinin suverenliyinə real təhdiddir. Moskvanın nüfuz dairəsi saydığı yerləri təsirində saxlamaq üçün pulu, ideyası, texnologiyası yoxdur, yalnız zor metodu var - qoşun yeritmək.

Rusiyanı çöldən, hərb gücünə yıxmaq mümkün deyil, odur ki, Qərb onu içdən eşmək istəyir.

Belə qənaət var ki, Rusiya enişdədir, Bayden Ağ Evdə oturduqdan sonra Putinin qol-qanadını budayacaq. Amma Rusiya nə zaman dibə vuracaq? Yaxın və ortamüddətli perspektiv üçün bu sualın cavabı yoxdur.

Digər yandan, Qərbin indiki mövqeyini də Azərbaycan üçün təhdid saymaq olar. Onlar Rusiyaya qarşıdırlar, amma bizim yanımızda deyillər. Həm də o səbəbdən ki, Qərb Rusiyaya qarşı Gürcüstan və Ermənistanı platsdarm kimi görür.

Bundan başqa, Rusiyanın əlimizdən aldığı Ermənistan nəfəs dərmək, şokdan çıxmaq üçün vaxt qazandı.

Düzdür, erməni diasporu artıq parçalanıb. Dünya ermənilərini uydurma soyqırımı iddiası birləşdirir və güclü edirdi. Lakin Paşinyan hakimiyyətə gəldikdən sonra Rusiyadakı erməni diasporu ABŞ və Fransadakı erməni lobbisi ilə yola getmir.

İndiki hərbi-siyasi konyukturada Rusiyaya sərt qarşı çıxmaq effekt verməyəcək. Yeni reallıq yeni strategiya və taktiki gedişlər tələb edir. Regionda Türkiyənin ciddi geosiyasi faktor olması üçün əlimizdən gələni etməli, Rusiya ilə balans yaratmaq üçün Qərbin rolu və sülhməramlı kontingentin beynəlmiləlləşdirilməsinin effektivliyi ciddi təhlil edilməlidir.

Masada oyun fərqlidir. 28 illik Qarabağ danışıqlarından aldığımız dərslərdən biri manevr etmək və ikili oynamaqdır. Hər situasiya reallığı, hər söz də gerçəyi əks etdirmir. Azərbaycan rəhbərliyinin deyə bilmədiyini cəmiyyət, siyasi partiyalar və KİV ifadə edə bilər. Öyrənmək lazımdır: Şoyqu və Lavrov Bakıda başqa söz deyir, Putinin TV-ləri isə ünvanımıza döşəməkdə davam edir. Və ya Fransa Minsk qrupunda həmsədrlik edir, Parisdəki Karapet (Makron) Paşinyanı əldən qoymur və Fransa Senatı qondarma rejimi tanımaq istəyir. Həmçinin, informasiya savaşında ermənilər obyektiv səbəblərdən öndədirlər.

30 il səbr etmişik, 5 il də dözərik. Üstəlik, işğaldakı torpaqlarımızın böyük qismini yurisdiksiyamıza qaytarmışıq, indi güvən və ruh yüksəkliyi bizim tərəfdədir, daha ummayacaq, tələb edəcəyik, təzyiqlərə rəğmən Rusiya qüvvələrinin çıxmasını tələb etmək hüququmuz var, status məsələsi Domokl qılıncı kimi əvvəlki tək başımızın üstündə sallanmır. Türkiyə ilə birgə oynaya, Rusiyanı masada birgə sıxışdıra bilərik. Bizim daha güclü olmaq üçün resurslarımız yetərincədir.

Və ağlımızın bir tərəfinə yazmalıyıq: Tam Zəfər siyasi yolla alınmırsa, III Qarabağ savaşı ilə mütləq alınar...

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Həlak olan hərbçilərlə vida mərasimi keçiriləcək 1 Dekabr 2021, 10:40 İrandan da Azərbaycana başsağlığı gəldi 1 Dekabr 2021, 10:37 Tanışını yumruqla ÖLDÜRDÜ 1 Dekabr 2021, 10:35 Şəhidlərin cənazələri ailələrinə təhvil verilir - VİDEO 1 Dekabr 2021, 10:32 Belarus səfirliyindən başsağlığı 1 Dekabr 2021, 10:26 Səfir mina təmizləyənləri izlədi - FOTO 1 Dekabr 2021, 10:23 Erməni xarici işlər naziri İsveçə getdi 1 Dekabr 2021, 10:20 DYP işçi axtarır - VAKANSİYALAR 1 Dekabr 2021, 10:17 Rusiya səfirliyi Azərbaycana başsağlığı verdi 1 Dekabr 2021, 10:15 “Turist”in sahibinə cinayət işi açıldı 1 Dekabr 2021, 10:13 ABŞ Azərbaycana başsağlığı verib 1 Dekabr 2021, 10:09 Türkiyəli həkim böyrək xərçənginin müalicə yollarını AÇIQLADI 1 Dekabr 2021, 10:05 Toyda CƏRİMƏLƏNƏNLƏR 1 Dekabr 2021, 10:00 “Pfizer” “Omicron”dan da QORUYUR 1 Dekabr 2021, 09:57 Nefti ucuzlaşmaqda davam edir 1 Dekabr 2021, 09:55 Beyləqanda polis GÜLLƏLƏNDİ 1 Dekabr 2021, 09:53 Bu marşrutların hərəkət sxemi DƏYİŞDİRİLDİ 1 Dekabr 2021, 09:50 Tezliklə laçınlılar öz doğma yurdlarında yeni həyata başlayacaqlar 1 Dekabr 2021, 09:44 Ceyhun Bayramov İsveçə getdi 1 Dekabr 2021, 09:38 İlin ən yaxşı 10 futbolçusu - SİYAHI 1 Dekabr 2021, 09:32 Yevlaxda YANĞIN 1 Dekabr 2021, 09:26 Şamil Ayrımdan azərbaycanlı həmkarlarına başsağlığı 1 Dekabr 2021, 09:20 Xarici valyutaların manata qarşı məzənnələri 1 Dekabr 2021, 09:15 Borca görə 49 nəfər saxlanıldı 1 Dekabr 2021, 09:10 Cəbrayıla gedən yol asfaltlanır - FOTOLAR 1 Dekabr 2021, 09:06 Uğur Şahin “Omicron” ştammı ilə bağlı danışdı 1 Dekabr 2021, 09:00 Laçına su verildi 1 Dekabr 2021, 08:54 Şəhid Daşqının qardaşından ETİRAZ: “Nigar Qədəşova özünü reklam edir” 1 Dekabr 2021, 08:54 Avropa İttifaqının prezidentindən Ermənistanla Azərbaycana TƏKLİF 1 Dekabr 2021, 08:53 COVID-19 xəstələri SAXLANILDI 1 Dekabr 2021, 08:52 XİN-dən Laçının azad olunmasının 1 ili ilə bağlı PAYLAŞIM 1 Dekabr 2021, 08:49 Beyin xərçənginin SİMPTOMLAR 1 Dekabr 2021, 08:44 Aslan İsmayılovun oğlu tanınmış şahmatçı ilə evləndi - FOTO 1 Dekabr 2021, 08:36 “Fizika müəllimi” və cinayətkar dəstəsi ifşa edildi - FOTO 1 Dekabr 2021, 08:25 NASA astronavtlarının kosmosa çıxma tarixi məlum oldu 1 Dekabr 2021, 08:16
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?