26 Noyabr 2020, 22:31 | Ana Səhifə - Yazılar - Bir daha Qazaxın işğalda olan 7 KƏNDİ HAQDA
Bir daha Qazaxın işğalda olan 7 KƏNDİ HAQDA

İbrahim Nəbioğlu

Bir neçə gün əvvəl sosial şəbəkə profilimdə Qazax rayonunun işğalda olan 7 kəndi haqda qısa bir post yazanda, onun geniş əks-səda doğuracağını təxmin etmişdim. Bu rezonansın səbəbi hər şeydən əvvəl tarixi ədalətin bərpası və dədə-baba torpaqlarımızın həqiqi sahiblərinə qaytarılması istəyidir.


Ancaq bu məsələyə münasibətin belə həssas olmasının başqa səbəbi də odur ki, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan bəyanatın (ilkin variantında) 2-ci bəndində Qazaxın işğal edilmiş 7 kəndinin də Azərbaycana geri veriləcəyi qeyd olunmuşdu.


Xalq da ümidlə noyabr ayının 25-ni gözləyirdi. O ərəfədə Qazaxdakı qohumlar, sözlərinə və müşahidələrinə güvəndiyim dostlar işğal altındakı kəndlərdə müəyyən hərəkətliliyin başlaması haqda mənə xəbərlər yollayırdılar. Xəbərləri bir neçə dəfə dəqiqləşdirir və yoxlamağa çalışırdım. İşğaldan sonra o kəndlərə yerləşmiş ermənilərin canlarına necə vəlvələ düşəcəyini təxmin etmək çətin deyildi. Təxminlərim doğru çıxdı…


Maraqlı məqamlardan biri odur ki, Azərbaycana qaytarılacaq Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli kəndlərindəki hərəkətlilik və gərginlik Qazax tərəfdən, yəni Azərbyacanda deyil, Ermənistan tərəfindən sezilir və müşahidə olunurdu. Biz ermənilərə torpaqları tərk edin deyə heç bir ultimatum verməmişdik. Lakin hardasa 4 gün əvvəl Ermənistanın rayon təmsilçiləri kəndlərə gələrək, buraları boşaltmaq üçün “iynə üstə oturan” əhaliyə 10 gün vaxt verildiyini söyləyiblər. Təbii olaraq bu tələb ermənilər tərəfindən hiddət və narazılıqla qəbul edilmiş, hətta nümayəndələrlə aralarında qarşıdurma da yaranmışdı (Bu qarşıdurmanın bu gün də davam etdiyi deyilir).


İlk yazdığım postda Qazax camaatını səbrli olmasını, indiki etapda əsas hədəfimizin Qarabağ olduğunu vurğulamış, buradakı vacib işləri yekunlaşdırdıqdan sonra növbənin nəinki Qazağın kəndlərinə, hətta Tovuz rayonunun işğal edilmiş kəndlərinə və Naxçıvanda Sədərəyin Kərki kəndinə çatacağını da qeyd etmişdim.


Sonrakı günlərdə Qazax tərəfdən guya bəzi sülhməramlı qüvvələrin az saylı hərbi texnikasının Aşağı Əskiparaya giriş yaptığını, ANAMA-nın isə minaları təmizləmə prosesinə start verdiyi haqda məlumatlar da dolaşmağa başladı. Təbii ki, bu məlumatlar mənim yaşadığım İstanbuldan əvvəl Qazaxa çatır, xalq arasında aparılan ənənəvi müzakirələr hadisəyə çeşidli rəng çalarları, qeyri-dəqiq faktlar və gözləntilər qatırdı. Mən də bir müddət gözləməyib, səbr etməyin ən doğru yol olacağını düşündüm və elə də yazdım.


Doğrusu, ümid edirdim ki, ya rəsmi bir məlumat, ya da hansısa bir açıqlama, yaxud bilgiləndirmə olacaq. Çünki Qazax camaatının nigarançılığına son qoymaq lazım idi. Hətta Bakıdan olmasa belə, rayon rəhbərliyinin məsələyə “yəqinlik hasil edəcəyinə” inanırdım. Ancaq belə bir rəsmi və yarı-rəsmi məlumat verilmədiyi üçün bu sətirləri yazmağa qərar verdim.


Qeyd etmək lazımdır ki, geri alınacaq kəndlərin 3-ü Azərbaycanın Ermənistandakı anklavıdır. Bu anklavlar Sofulu, Barxudarlı və Yuxarı Əskipara kəndləridir. Düşünürəm ki, iş bu kəndlərin boşaldılması ilə bitməyəcək. Çünki ehtimal ki, bəzi ərazi mübadiləsi və bunun üçün bəzi əlavə razılıq və anlaşmalar da hazırlanmalıdır.


Beləliklə, mövcud vəziyyətin xülasəsini çıxaraq:

 

  • 1. Qazaxın 7 kəndinin bir neçə gündür ki, boşaldıldığı haqda məlumatlar artmağa başlayıb və bu proses davam edir;

  • 2. Evlərə od vurlulduğu haqda bilgiyə sahib deyiləm (görən o tərəfdəki ermənilər də Qarabağ erməniləri qədər alçaq və qansızdırlar? Ancaq ilanın ağına lənət, qarasına da);

  • 3. Köçün hansı tarixdə yekunlaşacağı bəlli deyil, ancaq müəyyən məlumatlar var ki, onları burada yazmağı doğru bulmuram, rəsmi xəbərin veriləcəyini gözləyirəm.

 

Bu xülasəyə bir cümlə ilə yekun vurmaq istəyirəm:

Qazaxın 7 kəndi də qaytarılacaqdır, çünki qarşımızda məğlub bir ölkə, kapitulyasiyaya imza atmış bir xain qonşu var. İstəyimiz halal torpaqlarımızı mümkün qədər sürətlə geri almaqdır.

Torpaqlarımızın geri qayıdacağına nəinki inanıram, buna əminəm. Bu fikrimi hətta Türkiyənin  TV kanallarında da dilə gətirmiş, Türkiyə ictimaiyyətinin diqqətinə çatdırmışam.

Həm ata, həm də ana tərəfdən dədə-babalarım Qazax torpağında yatırlar. İncə Dərəsi – Aslanbəyli, Qaymaqlı, Kəmərli mənə nə qədər əzizdirsə, Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli də bir o qədər əziz və müqəddəsir…

Qarabağ Azərbaycandır, Qazax Azərbaycandır!

Meşələrin İnkişafı Xidmətində yoxlamalar 16 Oktyabr 2021, 19:11 İspaniyalı diplomat Azərbaycana gəlir 16 Oktyabr 2021, 18:56 İşçilərin maaşı gecikdirilib - Xidmət AŞKARLADI 16 Oktyabr 2021, 18:41 Əməkhaqları və pensiyaların artırılması ilə bağlı işlərə başlanılıb - Nazirlik 16 Oktyabr 2021, 18:33 "Azəriqaz" rəhbərindən qazın qiyməti ilə bağlı AÇIQLAMA 16 Oktyabr 2021, 18:21 “Azəriqaz” rəhbəri canlı yayımda sualları cavablandırır 16 Oktyabr 2021, 17:55 Azərbaycan bu strateji yüksəkliyə nəzarəti ƏLƏ ALACAQ 16 Oktyabr 2021, 17:49 İranda güclü zəlzələ olub 16 Oktyabr 2021, 17:13 Koronavirus əleyhinə peyvənd olunanların SAYI 16 Oktyabr 2021, 16:51 Prezidentin sərəncamı 1,8 milyon vətəndaşı əhatə edəcək 16 Oktyabr 2021, 16:41 Yoluxma artdı: 12 nəfər öldü 16 Oktyabr 2021, 16:38 "Azərişıq"dan yeni tariflə bağlı AÇIQLAMA 16 Oktyabr 2021, 16:31 Milli Məclisdə ukraynalı deputatlarla görüş - FOTO 16 Oktyabr 2021, 16:15 Dünyada qaz qiymətləri ötən illə müqayisədə 20-30 dəfə qalxıb - SOCAR 16 Oktyabr 2021, 16:10 İcra başçısı və deputat şəhidin məzarını ziyarət etdi - FOTO 16 Oktyabr 2021, 15:57 Prezident Şəmistan Əlizamanlını TƏLTİF ETDİ 16 Oktyabr 2021, 15:44 Hökumət Prezidentin sərəncamının icrasına BAŞLADI 16 Oktyabr 2021, 15:43 İranda daha 181 nəfər koronavirusdan öldü 16 Oktyabr 2021, 15:38 Maaşlar, pensiyalar və təqaüdlər ARTIRILIR 16 Oktyabr 2021, 15:21 Prezident Bəhram Bağırzadəni MÜKAFATLANDIRDI 16 Oktyabr 2021, 15:12 Elton Hüseynəliyevlə Xəyyam Nisanova fəxri ad verildi 16 Oktyabr 2021, 15:06 Azərbaycanda qaz və işıq tarifləri DƏYİŞDİRİLDİ 16 Oktyabr 2021, 14:44 Qarabağın işğaldan azad olunması su probleminin həllinə dəstək oldu 16 Oktyabr 2021, 14:31 Putinin “pis sülh və “yaxşı müharibəifadəsi: Bizə hansı məqbuldur? 16 Oktyabr 2021, 14:30 Bu direktorlar vəzifəsindən azad edilib  16 Oktyabr 2021, 14:22 Prezident fəxri adlar verdi - SİYAHI 16 Oktyabr 2021, 14:15 Bir qrup mədəniyyət xadimi təltif edildi - SƏRƏNCAM 16 Oktyabr 2021, 14:06 Merkelin Türkiyə səfəri – Ərdoğanla görüşdü 16 Oktyabr 2021, 13:53 Futbol matçından sonra atışma olub, yaralılar var 16 Oktyabr 2021, 13:32 Füzuli hava limanı beynəlxalq uçuşlar üçün açıqdır – RƏSMİ 16 Oktyabr 2021, 13:19 İşğal dövründə Qarabağda 100 min hektar ərazi yanıb 16 Oktyabr 2021, 13:17 Azərbaycan İnvestisiya Holdinqinin növbəti iclası - FOTO 16 Oktyabr 2021, 13:04 Fransa Qarabağın minalardan təmizlənməsinə yardım edəcək 16 Oktyabr 2021, 13:01 Azərbaycan Ordusu “OSA” zenit-raket komplekslərini İŞƏ SALDI - VİDEO 16 Oktyabr 2021, 12:52 Rusiyada 1 gündə mindən çox insan koronavirusdan öldü 16 Oktyabr 2021, 12:40