22 Dekabr 2020, 12:09 | Ana Səhifə - Yazılar - Bir sirr açımmı sizə?
Bir sirr açımmı sizə?

Elçin Alıoğlu

Kimsə bunu oxumasa, eyb etməz.


Həyatda əsas olan nədir? Çalışmaq gərək ki, gedişdən sonra dünya bizdən əvvəlkindən heç azacıq yaxşı olsun. Cüzi, lap az.


Həyatda bizi narahat edən, qəmləndirən, həyacanlandıran nəsnələr çoxdur.


Bir sirr açımmı sizə? O nəsnələrin tam əksəriyyəti mənasız və puçdur.


Həzz almadığınız işdə çalışmayın. Bəyənmədiyiniz yerdə əsla uğur olmayacaq. Səbr, istək və sədaqət yalnız sevilən işdə, peşədə olur.


Ətrafınızdakı insanların nə düşündüklərindən qorxmayın. Qorxu qəlbinizin ahəngini azaldır, sizi zəiflədir. Əgər qorxuya savaş açmasanız, o günbəgün artacaq, böyüyəcək və sonda bizdən sadəcə, zahiri, nazik qılaf qoyacaq.


Yeyəcək, məhv edəcək bizi.


Qəlbinizin səsini dinləyin. Eyb etməz, kimsə bizi məcnun saya bilər, amma elə adamlar da olacaq ki, bizi əfsanə biləcək.


Yaşamınıza nəzarət edin. Yaşadıqlarınıza görə məsuliyyətə alışın. Heç nəyi sabaha saxlamayın. Həyatınızı əldən verdiyniz imkanlar yox, verdiyiniz qərarlar bəlirləsin.


İnsanlara dəyər verin. Bizi anlayanlar tükənməz dəstək, qüvvə və eşq mənbəyidir. Sizi sevənləri mövcudluq kimi qəbul etməyin.


Səhhətinzi düşünün, vücudu yox. 


Ölənədək anlamırıq - oysa ki, vücud qılafmış. Məziyyətlər, arzular, fikirlər, məramlar üçün bir qutu. Dünyanımızı dəyişmək üçün heç nə yoxsa, bu vücudun varoluşunun bitməsini heç bir anlamı yox.


Hər birimizdə istedad və yüksəliş gücü var. Yetər ki, onları aşkarlamağa cəsarət tapaq.


Axınla üzüb günü günə, saatı saata satmaq olar. Ya da inandığımız uğrunda mübazirə aparmaq, həyat rəvayətimizi özümüz yaza bilərik. Həmd edirəm ki, dürüst yol seçək.


Həyat kövrək, dəyərli, təxminlənməzdi.


Hər yeni gün adilik yox, ənamdı.


Ölümdən qorxmağa gərək yox. Qaçılmazdır.


Müşkülümüz, ağrımız olanda bir anlıq düşünün ki, bəlalar, vəhşətlər içində qovrulanlar var. Onda həmin mühkülün nə qədər kiçik olduğunu anlayacağıq.


Sadəcə, nəfəs alaq. Nəfəs almağın özü böyük lütfdür.


Gediş anı çatanda, yaşananalara son dəfə nəzər salanda, xatırlayanda indiki problemlər o qədər əhəmiyyətsiz görünəcək ki... Çünki o anda görəcəyik ki, vücud şüurumuza tabe olmamağa başlayıb artıq.


Və on anda sadəcə, daha bir gün istəyəcəyik.


Sadəcə, bir gün.


Səhhət tək yaxşı vücud deyil. Hisslər, duyğular, ruh önəmlidi. 
Medianın bizə sırıdığı "ideal vücud" kimi sarsaqlığıın əsiri olmayın. Özünüzü saf, yaxşı hiss etmək hüququnuza xələl gətirəcək hər heyi rədd edin.


Ağrısız, acısız hər günə minnətdar olun. Hətta zökəm olanda, burxulmuş topuq ağrıdanda, sınmış qolun sümüyü gizildəyəndə.


Hə, ağrıdır, amma həyata təhlükə deyil, keçib gedəcək.


Almaqdan çox hədiyyə və kömək edin.


Pul aşiqi olmayın. İnanın, vədəmiz çatanda xərcləyə bilmədiyimiz pullarımız qalacaq. Az və ya çox - nə fərq edəcək ki, onda...


Pulu özünüz barədə təəssürat yaratmağa yox, özünüzün təəsürat əldə etməyinizə sərf edin.


Gözəl anı smartfonun yaddaşına köçürmək yerinə qəlbinizə yazın, yaddaşınıza həkk edin.


Həyat onu ekranda yaşamaq, ideal foto etmək üçün verilməyib bizə. Gözəl anı yaşayın - başqalarına göstərmək üçün dondurmağa can atmayın.


Dostlarla, sevdiyiklərinizlə danışın. Telefonda yox.


Pulunuz varsa, səyahət edin. Yoxsa, ruhunuzu yollayın uzaq məkanlara.


Həyat üçün işləyin, işləmək üçün həyatınızı xərcləməyin.


Sevdiklərinizə bu hissinizi deyin. Deyin, utanmayın, simiclik etməyin.


Yaşamızını dəyişməyə cəsarət tapın.


Həyat qəflətən dəyişir.


Bizə demədən, bizdən soruşmadan.


Həyatınızı bəxtsiz olmağa sərf etməyin.


Sevgilərlə...

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Avropa çempionatları tarixində ikinci ən erkən qol vuruldu 17 İyun 2021, 21:36 UEFA-dan Ronaldonun hərəkətinə reaksiya 17 İyun 2021, 21:25 “BakuBus”un avtobusu qəza törədib? - Şirkətdən açıqlama 17 İyun 2021, 21:11 Ukrayna parlamentində dava düşdü 17 İyun 2021, 20:58 Ruslar Suqovuşan-Kəlbəcər yolu ilə ermənilərə yük daşıdı - FOTO 17 İyun 2021, 20:40 İstanbulda gəmi qayıqla toqquşdu 17 İyun 2021, 20:23 Laçında həlak olan hərbçimiz dəfn edildi - FOTO 17 İyun 2021, 20:09 Ukrayna millisi ilk qələbəsini qazandı 17 İyun 2021, 20:00 Ermənistanın mina xəritələrini verməsi üçün beynəlxalq ictimaiyyətə çağırış edilib 17 İyun 2021, 19:54 Prokurorluq Sarkoziyə 6 ay həbs istədi 17 İyun 2021, 19:47 Rəşad Nəbiyev Salim Atayla görüşdü 17 İyun 2021, 19:40 DİN-dən Bakıda kütləvi dava görüntüləri ilə bağlı AÇIQLAMA 17 İyun 2021, 19:34 Deputata Baş Prokurorluqda vəzifə verildi 17 İyun 2021, 19:27 Nabrandakı yanğının söndürülməsinə helikopter cəlb olundu 17 İyun 2021, 19:20 Zakir Həsənov Latviyanın NATO PA-dakı nümayəndə heyətinin üzvü ilə görüşüb 17 İyun 2021, 19:14 Rusiya mina xəritələrinin Azərbaycana verilməsini vacib hesab edir 17 İyun 2021, 19:07 Fikrət Qoca vəzifəsi Çingiz Abdullayevə həvalə olundu 17 İyun 2021, 19:00 “KİV haqqında” qanun ləğv olunur - ÖZƏL 17 İyun 2021, 18:54 Xaricdəki azərbaycanlılar Qarabağa gəlmək istəyir - Deputat Sevil Nuriyevanı DƏSTƏKLƏDİ 17 İyun 2021, 18:50 Qavriil İlizarov doğma vətənində anıldı - FOTOLAR 17 İyun 2021, 18:47 Görkəmli həkimlərimiz… 17 İyun 2021, 18:40 Hərbçilərimiz “Anadolu Qartalı - 2021” təlimində iştirak edəcək 17 İyun 2021, 18:34 “Media haqqında” Qanun layihəsi ekspertizaya verilib 17 İyun 2021, 18:27 Ağdamda minaya düşən şəxsin meyiti ailəsinə təhvil verildi 17 İyun 2021, 18:20 Daha bir hərbçimiz həlak oldu - FOTO 17 İyun 2021, 18:14 Şuşa Bəyannaməsində milli təhlükəsizlik  - Azərbaycan və Türkiyə deputatları DANIŞDI 17 İyun 2021, 18:07 Xocavənddə daha 3 erməni hərbçinin qalıqları tapılıb 17 İyun 2021, 18:00 Şuşadan diaspora MESAJ: “Birliyimiz erməniləri qorxudur”                     17 İyun 2021, 17:54 Ölkəmizin tanıdılması Barselonadakı Ermənistan səfirini qıcıqlandırıb 17 İyun 2021, 17:48 Dolların sabaha olan məzənnəsi açıqlandı 17 İyun 2021, 17:42 Azay Quliyev seçicilərlə görüşdü - FOTOLAR 17 İyun 2021, 17:36 Rəsmi Moskvadan Şuşa Bəyannaməsinə REAKSİYA 17 İyun 2021, 17:30 Azərbaycanda daha 38556 nəfərə vaksin vurulub 17 İyun 2021, 17:24 Diaspor Komitəsi Van Dammın oğlu ilə əlaqə QURDU 17 İyun 2021, 17:18 COVİD-19-a yoluxma artdı - ölən olmayıb 17 İyun 2021, 17:12
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?