Modern.az

Azərbaycanda bütün dövlət ali məktəbləri Boloniya sisteminə keçib

Azərbaycanda bütün dövlət ali məktəbləri Boloniya sisteminə keçib

15 Oktyabr 2009, 21:27

Artıq Azərbaycanda bütün dövlət ali məktəblərində Boloniya sistemi tətbiq olunur. Modern.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, bu ilki təhsil ilində kredit sisteminə son olaraq Musiqi Akademiyası, Konservatoriya və Rəssamlıq Akademiyası keçib. Bu prosesdə əsas öhdəçilik Azərbaycanda Avropa standartlarına uyğun təhsil proqramları həyata keçirməkdir.
Qeyd edək ki, Azərbaycan rəsmi surətdə 2005-ci ildə Boloniya təhsil sisteminin prinsiplərini həyata keçirmək məqsədini üzərinə götürərək və konvensiya imzalayaraq bu sistemə qoşulub. Təhsil Nazirliyindən bildiriblər ki, yeni təcrübə milli və xarici ali məktəblər arasında keyfiyyət fərqini azaldacaq, tələbələr üçün geniş imkanlar yaradacaq. 
Boloniya sistemi – yeganə Avropa Ali Təhsil Məkanı yaratmaq məqsədilə Avropa ölkələrinin təhsil sisteminə yaxınlaşma və onunla harmoniya təşkil etmə prosesidir.
Bu sistemin başlanğıcı 1970-ci illərin ortalarına,  Avropa nazirlər sovetinin təhsil sahəsində əməkdaşlıqla bağlı birinci proqram haqda qətnamənin qəbul etdiyi vaxtlara təsadüf edir. Prosesin rəsmi başlanğıcı isə 1999-cu il iyunun 19-u hesab olunur. Həmin tarixdə Boloniya şəhərində 29 Avropa ölkəsinin təhsil nazirlərinin xüsusi konfransında “Avropa Ali təhsili məkanı” bəyannaməsi və ya Boloniya bəyannaməsi qəbul olunur. Boloniya sistemi digər ölkələr üçün də açıqdır. Sonralar hökumətlərarası görüşlər Praqada (2001), Berlində (2003), Bergendə (2005) və Londonda (2007) keçirilib. Hazırda Boloniya sistemi 46 ölkəni birləşdirir. Ehtimal olunur ki, onun əsas məqsədləri 2010-cu ilə qədər  yerinə yetməlidir. Rusiya Boloniya sisteminə 2003-cü ildə, nazirlərin Berlin görüşündə qoşulub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir