Modern.az

Raket hücumlarından sonra Türkiyə sərhədə zirehli texnika yığır

 Raket hücumlarından sonra Türkiyə sərhədə zirehli texnika yığır

Dünya

20 Aprel 2016, 00:58


Son iki gündə Kilisdə baş verən hadisələr Türkiyə ordusunu hərəkətə gətirib. Modern.az saytı Türkiyə mediasına istinadən bildirir ki, Gaziantepdən Suriya sərhədindəki şəhərə tank və zirehli vasitələrlə əsgər daşınıb. Gaziantep 5-ci Zirehli Briqada Komandirliyindən təhlükəsizlik tədbirləri üçün dünən günortadan sonra yola çıxan tank, zirehli vasitə və hərbi personalın iştirak etdiyi hərbi karvan artıq şəhərə çatıb.  

Kilisə çatan tank və digər zirehli vasitələr Suriyanın İŞİD nəzarətində olan Bap bölgəsinin qarşısındakıı Elbeyli İlçesində sərhəd xəttinə yerləşdiriləcək.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...