Modern.az

Yerevanda mitinqdə özünü yandıran müxalifətçi öldü

Yerevanda mitinqdə özünü yandıran müxalifətçi öldü

Dünya

2 Avqust 2016, 20:23

İyulun 30-da axşam saatlarında Yerevanın mərkəzində polis post-patrul alayının binasını ələ keçirən silahlı qruplaşmaya dəstək məqsədilə keçirilən aksiya zamanı özünü yandıran kişi ölüb. Modern.az Ermənistan mediasına istinadən bildirir ki, Baqramyan prospektinə üstünə benzin töküb od vuran 58 yaşlı Kadjik Qriqoryan cəmi 3 gün yaşayıb.

 

O, ağır yanıq xəsarətləri ilə əvvəlcə “Aramyanmts” tibb mərkəzinə, oradan yanıq mərkəzinə köçürülsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi