Modern.az

PKK-nın Suriya qolu 16 yaşlı qız və oğlanları əsgərliyə çağırır

PKK-nın Suriya qolu 16 yaşlı qız və oğlanları əsgərliyə çağırır

Dünya

5 Sentyabr 2016, 11:47

PKK-nın Suriyadakı qolu PYD-nin Menbiç və çevrəsində 16 yaşını tamamlamış qız və oğlanların məcburi əsgərliyə çağırdığı bildirilib.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bölgədə yaşayan 16 yaşdan yuxarı qız və oğlanların məcburi əsgər aparıldığı  və bir müddət təhsil veriləndən sonra terror təşkilatı İŞİD  və digər cəbhələrə göndəriləcəyi bildirilib.

 

PYD və PKK-nın əsgərlərə 100 ABŞ dolları maaş verəcəyi öyrənilib. 

 

Qeyd edək ki, terror təşkilatı buna bənzər tətbiqi bir neçə gün əvvəl Afrin bölgəsində də gerçəkləşdirib.

 

Qafar Ağayev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı