Modern.az

69 məktəbdən 50-si sürətli simsiz internetlə təmin olunacaq

69 məktəbdən 50-si sürətli simsiz internetlə təmin olunacaq

Dünya

6 Sentyabr 2018, 22:07

Gürcüstanda dövlətin bilavasitə maliyyələşdirdiyi 69 orta məktəbdən regionlarda yerləşən 50-si sürətli simsiz internetlə təmin olunacaq. Modern.az Azərtac-a istinadən xəbər verir ki, bu sözləri Baş nazir Mamuka Baxtadze hökumətin sentyabrın 6-da keçirilən iclasında söyləyib.

 

Baş nazir bildirib ki, simsiz internet və rəqəmsal texnologiyanın yayılması təhsillə bağlı yeni dövlət proqramının tərkib hissəsidir. Bu layihə Gürcüstanın bütün ərazilərini əhatə edəcək.

 

“Kabelsiz internetə sahib olmaq təhsilin keyfiyyətini yüksəltmək və yeni texnologiyaların tətbiqi baxımından müəllimlər və şagirdlər üçün çox vacibdir”, - deyə Baş nazir vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...