Modern.az

Yaponiyalı yazıçı Nobel mükafatından imtina edir

Yaponiyalı yazıçı Nobel mükafatından imtina edir

Dünya

17 Sentyabr 2018, 00:29

Yaponiyalı yazıçı Haruki Murakami ədəbiyyat üzrə Nobel mükafatı qazanmaq şansından imtina edib. Modern.az xəbər verir ki, “Kyodo” agentliyinin yazdığına görə, Murakami İsveç Akademiyası ilə əlaqə saxlayıb. Yazıçı onun adının 2018-ci il üçün tərtib edilən nominantlar siyahısından çıxarılmasını istəyib.

 

Bu qərarını yazıçı diqqətini kitab yazmağa yönəltməsi və medianın diqqətindən uzaq olmaq istəyi ilə əsaslandırıb.

 

Yaponiyalıdan savayı nominantlar sırasına fransalı yazıçı Mariz Konde, ingiltərəli fantast Nil Geyman və Vyetnamda dünyaya göz açan kanadalı yazıçı Kim Txuyi daxil edilib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı