Modern.az

Paşinyan cəbhə xəttində

Paşinyan cəbhə xəttində

Dünya

1 Yanvar 2019, 00:31

Ermənistanın baş naziri vəzifələrini icra edən Nikol Paşinyan Yeni il ərəfəsində Silahlı Qüvvələrin Baş Qərargah rəisi Artak Davtyanın və bütün ermənilərin katolikosu II Qareginin müşayiəti ilə döyüş mövqeyindəki sərhəd müdafiə bölməsinə baş çəkib.

 

Modern.az Virtualaz.org-a istinadən bildirir ki, Paşinyan müdafiənin yeni, həmçinin yerli texniki vasitələri ilə tanış olub, xidmət şəraiti ilə maraqlanıb və dayaq məntəqəsinə baxıb.

 

Sonra o, fərqlənmiş əsgər və zabitləri mükafatlandırıb, onlara hədiyyələr verib və yekunda onlarla səhra bayram masası arxasında oturub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə Bakıya qarşı təxribat - Nə baş verir?