Modern.az

Yaponiyada avtobus dayanacağına hücum – 19 nəfər yaralandı

Yaponiyada avtobus dayanacağına hücum – 19 nəfər yaralandı

Dünya

28 May 2019, 09:25

Yaponiyanın Kavasaki şəhərində məktəblilərə hücum olub.

Bu haqda Modern.az xarici KİV-ə istinadən xəbər verir.

50 yaşlı kişi Kavasaki şəhərində avtobus gözləyən məktəblilərə və böyüklərə bıçaqla hücum edib. Hadisə nəticəsində azı 19 nəfər xəsarət alıb.

Hücum edən şəxs sonda özünü də öldürüb. Məlumata görə, özünə bıçaq zərbəsi endirən silahlı kliniki ölüm vəziyyətində olub və özünə gəlmədən ölüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...