Modern.az

Şimali Koreya da COVID-19-a qarşı peyvənd üzərində çalışır

Şimali Koreya da COVID-19-a qarşı peyvənd üzərində çalışır

Dünya

19 İyul 2020, 08:59

Koreya Xalq Demokratik Respublikasının (KXDR) alimləri yeni növ koronavirusa (COVID-19) qarşı peyvənd üzərində çalışırlar.

 

Modern.az Yonhap agentliyinə istinadla xəbər verir ki, KXDR-in Dövlət Elm və Texnologiya Komitəsi belə açıqlama yayıb. Komitənin rəsmi internet səhifəsində yerləşdirilən hesabatda bildirilir ki, KXDR Tibb Elmləri Akademiyasının nəzdindəki biologiya institutu mütəxəssislərin hazırladıqları peyvəndin heyvanlar üzərində sınaqları uğurla başa çatıb.

 

Bu aydan isə peyvəndin kliniki sınaqları başlayıb.

 

Peyvənd hazırlanmasında koronavirus üçün hüceyrə reseptoru olan ACE-2 genindən (angiotenzin çevirən ferment) istifadə olunub.

 

Qeyd edək ki, rəsmi məlumata əsasən, KXDR-də COVID-19 infeksiyasına yoluxma qeyd alınmayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV