Modern.az

İspan klubu baş məşqçisini istefaya göndərdi

İspan klubu baş məşqçisini istefaya göndərdi

Dünya

20 İyul 2020, 22:58

İspaniya La Liqasında mövsüm başa çatan kimi, ilk baş məşqçi dəyişikliyi reallaşıb.

 

Modern.az-ın məlumatına görə, "Leqanes" çalışdırıcısı Xavyer Aqirreni istefaya göndərib.

 

Buna səbəb komandanın 18-ci yeri tutaraq La Liqanı tərk etməsi olub. "Leqanes" onun rəhbərliyi altında mövsümü 36 xalla tamamlayıb.

 

Qeyd edək ki, Xavyer Aqirre "Leqanes"ə ötən ilin noyabrında təyin olunub.

 

Sizə yeni x var
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...