Modern.az

Məsciddəki partlayışda ölü sayı artdı

Məsciddəki partlayışda ölü sayı artdı

Dünya

5 Sentyabr 2020, 20:22

Banqladeşin paytaxtı Dakadan 15 km məsafədə Narayanqanc şəhəri məscidində qazın partlaması nəticəsində ən az 16 nəfər öldü.


Modern.az  xəbər verir ki, xəsarət alan 37 nəfər xəstəxanaya yerləşdirilib.

Xəstəxananın yanıq şöbəsinin koordinatoru bildirib ki, bədən sahələrinin 90% -ə qədər yanığı olan ən az 37 xəstəyə lazımi yardım göstərilir.

İlkin versiyaya görə, partlayış boru kəmərində qaz sızmasından sonra qazın yığılması nəticəsində baş verib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!