Modern.az

Tramp Putinlə yeni nüvə sazişi imzalayacaq

Tramp Putinlə yeni nüvə sazişi imzalayacaq

Dünya

12 Oktyabr 2020, 10:18

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə nüvə sazişi imzalamaq istəyir.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Ev strateji hücum silahları ilə bağlı (nüvə silahı, uzaq mənzilli ballistik raketlər) yeni müqaviləni 3 noyabrda baş tutacaq prezident seçkilərinə qədər imzalamaq istəyir.

 

Müqavilənin yaxın 1 həftədə aparılacaq danışıqlardan sonra imzalanması gözlənilir.

Ağ Evdə olan mənbə yeni müqavilənin Dövlət Departamenti və Milli Təhlükəsizlik Şurasındakı müzakirələrdən sonra qərarlaşdırıldığını bildirib.

Sizə yeni x var
Keçid et
Bakıya qarşı MÜHARİBƏ ELANI - Putin agenturanı hərəkətə keçirdi